Qərarlar Məhkəmə-Hüquq Şurasının oktyabrın 17-də keçirilən toplantısında qəbul edilib. Bu haqda şuranın saytı xəbər verir.
Məlumatda qeyd edilir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyev kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiyindən tutduğu vəzifədən azad olunub. Şura eyni zamanda onun başqa işə keçirilməsinə qərar verib.
Buna da bax: Jurnalistə cəza kəsən hakimin qaranlıq işləri
Şura bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edib.
Vətəndaşların narazılığına səbəb olan ciddi nöqsanlara, süründürməçilik hallarına yol verən daha bir hakim barəsində isə intizam icraatı başlandığı bildirilir.
Cəzalanan hakimlərin Şuranın qərarına hər hansı münasibəti açıqlanmayıb.