“Azərbaycan hakimiyyəti artıq çoxdandır ki, hər şeyi gülünc hala cevirir-beynəlxalq qanunları və hətta özünün şəxsi həyatını da”.
Bunu AzadlıqRadiosunun Ermənistan xidmətinə müsahibəsində Azərbaycan Baş prokurorluğunun qərarını şərh edərkən Ermənistan xarici işlər nazirinin müavini Shavarsh Kocharian deyib.
O hesab edir ki, bu qərar sadəcə gülüncdür və heç cür Dağlıq Qarabağa səfərlərə təsir edə bilməz.
Xatırladaq ki, Azərbaycanın Baş prokurorluğu fevralın 20-də qondarma Dağlıq Qarabağ rejiminin keçirdiyi “konstitusiya” referendumunu müşahidə etdiklərinə və qanunsuz tədbirlərə qatıldıqlarına görə, Avropa Parlamenti-nin deputatları Frank Enqel (Lüksemburq),Elen Teoxarus (Kipr) və Yaromir Shtetini (Çexiya) İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
Prokurorluğun məlumatında deyilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil edərək qondarma rejimi təşviq etməyə cəhd göstərir, işğal altındakı ərazilərin maddi-mədəni irsini və təbii sərvətlərini talan edir, iqtisadi və digər qanunsuz fəaliyyətlər həyata keçirir. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində bu kimi əməllərə cəlb etdiyi əcnəbi vətəndaşlara qarşı Azərbaycan qanunlarına müvafiq olaraq zəruri hüquqi addımlar atılır.
Baş Prokurorluq Dağlıq Qarabağ ərazisindəki Azıx mağarasında tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açdığını bildirib.Buna da bax.