Britaniya baş naziri Theresa May və ABŞ prezidenti Donald Trump Rusiyanı Suriya prezidenti Bashar al-Assad-la əlaqələri kəsməyə inandırmağa çalışacaqlar. Bu haqda iki lider mayın 10-da telefon söhbətində razılığa gəliblər.
T.May-in sözçüsü deyib ki, liderlər bu həftə ABŞ dövlət katibi Rex Tillerson-un Moskva səfəri zamanı Suriya məsələsində irəliləyiş əldə olunacağına ümidlərini bildiriblər.
«Rusiyanın Assad-la alyansının daha strateji marağında olmadığına inandırmağa fürsət pəncərəsi açılıb», – sözçü deyib.
Amma Rusiya uzun müddətdən bəri müttəfiqlik etdiyi Suriyayla münasibəti pozmağa çox da meylli deyil. Suriya onu Aralıq regionunda hava və dəniz bazalarıyla təmin edir.
Ötən həftə ABŞ Suriyada hava bazasına zərbələr endirəndə, Rusiya bundan qəzəbləndiyini dilə gətirib.