Saxta əlillik təyinatları ləğv edilir

Sizin brauzer HTML5-i dəstəkləmir

Əlillər 'Hesabat' şüarı ilə aksiya keçirdilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanlış əlillik təyinatları barədə qərarları dərhal ləğv edib, saxta əlillərə yönələn pensiya, müavinət və təqaüd ödənişlərini dayandırıb. Onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb.

Bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

İyulun 13-də qurumda əlilliyin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi və saxta əlillik təyinatlarının qarşısının alınması məsələsi müzakirə olunub. Müzakirələr zamanı bildirilib ki, may ayında əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə nazirlikdə İşçi Qrup yaradılıb. Saxta əlillik təyinatları ilə bağlı tədbirlər həmin qrupun araşdırmalarının ilkin nəticələrinə əsasən həyata keçirilib.

Nazir bildirib ki, araşdırmalar davam etdirilir və İşçi Qrup artıq bu ilin ikinci rübü üzrə aparılmış əlillik təyinatlarını araşdırmağa başlayıb.

Xatırlatma

Ötən ilin sonuna olan rəsmi bilgilərə görə, Azərbaycan əhalisinin 530 mindən çoxu (5.6 faiz) əlilliyi olan şəxslərdir.

Onlardan 300 min nəfərinin, yəni 56 faizinin daimi əlilliyi olan şəxslər olduğu deyilir. Qalan 235 min nəfər isə (44 faizi ) müvəqqəti, yəni mövcud qaydalara uyğun olaraq, müəyyən müddətə əlillik təyin edilən şəxslərdir.