Bellingcat araşdırma vebsaytı və Rusiyanın “The Insider” vebsaytı 2015-ci ildə Monteneqroda çevriliş cəhdində əli olduğu bildirilən ikinci GRU agentinin kimliyini müəyyənləşdirdiklərini bildirir.
Monteneqro rəsmiləri Rusiyanın iki GRU zabitini bu kiçik Balkan ölkəsinin NATO-ya qoşulmasını əngəlləməkdən ötrü çevriliş cəhdi planlaşdırmaqda suçlayıb.
Moskva isə ittihamları rədd edir.
Monteneqro iyunda NATO-ya qoşulub.
Bellingcat və 'The Insider' birinci GRU şübhəlisinin Eduard Shishmakov olduğunu bildirirdi. Noyabrın 22-də onlar ikinci şübhəlinin Vladimir Moiseev olduğunu, Monteneqro prokurorlarının onu Vladimir Popov kimi tanıdığını bildiriblər.
Ötən il Monteneqronun NATO-nun 29-cu üzvünə çevrilməsini Rusiya sərt tənqid edib.
Monteneqro hakimiyyətinin bildirməsinə görə, Serbiya və Rusiya millətçiləri 2016-cı ilin oktyabrında parlament seçkiləri zamanı parlamenti tutmağı, ovaxtkı baş nazir Milo Djukanovic-i öldürməyi, rusiyapərəst hakimiyyət bərqərar etməyi planlaşdırıblar.