Dünyanın ən böyük sosial media şəbəkəsi olan Facebook bildirir ki, 5 milyard dollaradək cərimə ödəməyə hazırlaşır. Belə ki, Birləşmiş Ştatların Federal Ticarət Komissiyası (FTK) şirkətin istifadəçilərin gizlilik hüquqlarını pozub-pozmadığını araşdırır.
Şirkət aprelin 24-də bildirib ki, məsələnin “həll olunmadan” qalmasına baxmayaraq, kəsilə biləcək cəriməni ödəməyə 3 milyard dollar hazırlayıb.
FTK Facebook-un 2011-ci ilə aid istifadəçi razılaşmasını pozub-pozmadığımı tədqiq edir. Razılaşmaya görə, istifadəçinin açıq yerləşdirmədiyi hər hansı özəl informasiya kənar tərəflə paylaşıldığı halda, istifadəçilər buna “razılıq verməlidir”.
Ötən il Cambridge Analytica şirkətinin 87 milyon istifadəçinin özəl informasiyasına çıxış əldə etdiyi ortaya çıxdı. Həmin şirkət ovaxtkı prezidentliyə namizəd Donald Trump və digərlərinə siyasi data xidməti göstərib.