Milyarder Elon Musk-ın SpaceX şirkəti kosmik kapsulanın dağıldığını təsdiqləyib. Kapsula Beynəlxalq Kosmik Stansiyaya (BKS) adam aparmalıydı. Şirkət insidenti “anomaliya” adlandırıb.
Crew Dragon kapsulası aprelin sonunda sınaqdan çıxarılıb. Özəlliklə, onun mühərriki yoxlanıb. O zaman internetdə kapsulanın partladığını göstərən video yayılmışdı. Şirkət videonun həqiqiliyini təsdiqləmədi, ancaq jurnalistlər NASA-dakı mənbələrdən təsdiq ala bildilər.
SpaceX-in orbitə adam daşıyacaq ilk aparatının itkisi şirkətin kosmik gəmilər buraxmasının ertələnməsinə səbəb ola bilər. İlk gəminin göndərilməsi 2019-cu il iyulun sonuna planlaşdırılırdı.
NASA-nın planlarına görə, Crew Dragon və ona rəqib, bu il buraxılması planlaşdırılan Boeing özəl kosmik gəmisi Amerika kosmonavtikası üçün 60-cı illərdə hazırlanmış “Soyuz” Rusiya kosmik gəmilərini əvəzləməlidir. Hazırda Beynəlxalq Kosmik Stansiyaya astronavtlar “Soyuz”la daşınır.
Crew Dragon gəmisi martda BKS-ya ilk uçuşdan sonra Yerə uğurla dönmüşdü. O, kosmonavtika tarixinə ilk kommersiya kosmik gəmisi kimi düşüb.