İnvestisiya Holdinqindən gözləntilər

İqtisadiyyat-Biznes-Vergi-Consept

Azərbaycan İnvestisiya Holdinqi (AİH) yaradılır. Bununla bağlı avqustun 7-də prezident İlham Əliyev fərman imzalayıb.

Artıq, AİH-in nizamnaməsi də təsdiq edilib. Orada qeyd edilib ki, AİH onun idarəetməsinə verilmiş dövlət qurumlarının, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Habelə, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi də bu qurumun fəaliyyət sferasına daxildir. Bundan əvvəl Azərbaycanda ininvestisiya qurumu yaradılacağı ilə bağlı fikri dövlət başçısı İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının prezdenti Suma Chakorabarti ilə arasında aprelin 28-də keçirilən video-konfransda səsləndirib.

Suma Chakrabarti, arxiv fot

S. Cakorabartinin də bunu müsbət addım kimi dəyərələndirdiyi qeyd olunub. Bəzi ekspertlər hesab edir ki, Azərbaycanda koroanvirus pandemiyası və əsas ixrac resursu olan neftin qiymətinin dünya bazarında qeyri-sabitliyi hökuməti strateji dövlət şirkətlərinə xarici investisiya cəlb olunması yolu ilə iqtisadiyyatı liberallaşdrmaq barədə ciddi düşündürür.

“...Dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır”

Azərbaycanın prezidenti İlham Əliyev, arxiv foto

Artıq, rəsmilər də, ekspertlər də dövlət müəssisə və şirkətlərinin indiki idarəetmə sxemini kifayət qədər səmərəli saymırlar, yeni idarəetmə sistemini zəruri hesab edirlər.

“...Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır...”, deyə prezident 2 gün əvvəl, avqustun 6-da keçirdiyi müşavirədə demişdi.

Nazim Bəydəmirli, arxiv foto

Amma iş adamı, iqtisadçı Nazim Bəydəmilri İnvestisiya Holdinqi yaradlması məsləsinə o qədər də isti yanaşmır. Onun Azadlıq Radiosuna deməsinə görə, dövlət investisiyaya və investisiya mühitinə təisir etməklə bağlı bir neçə belə chdlər edib:

“Hələ 2008-ci ildə Dövlət İnvestisiya Şirkəti də yardaılmışdı. Sonra bir şirkət də yaradıldı,o da nəticə vermədi”.

Buna da bax: Süni qiymət artımı, yoxsa hökumətin qiymətləri nəzarətdə saxlamaq cəhdi?

“...Anti-inhisar qanununa ziddir”

İş adamı dövlətin iqtisadi proseslərə birbaşa müdaxiləsini yolverilməz sayıaraq, bunun liberal bazar dəyərlərinə uyğun olmadığını deyir. O, əlavə edib ki, dövlətin iqtisadiyyatla məşğul olması ölkənin anti-inhisar qanununa ziddir. İş adamı hesab edir ki, fəaliyyəti tənqid edilən iri qurumlar üzərində Müşahidə Şuraları yaradılmalı, dövlət və vətəndaş cəmiyyəti institutları onlara nəzarət etməlidir: “O özəlləşmə heç bir fayda vermədi”

“Bu şikətlərin fəaliyyəti şəffaf olmalıdır”

“Dövlət şirkətləri özləri saysız-hesabsız şirkətlər qurublar, dövlət vəsaitlrini mənimsəyirlər.Büdcəyə vergi ödəmirlər. Büdcədən investisiya layihələri adı ilə dotasiya da alırlar. Bu şikətlərin fəaliyyəti şəffaf olmalıdır”.

Amma iş adamı indiki şəratidə həmin şirkətlərin özəlləşdirilə bilməsinin əleyhinə olduğunu deyir. O hesab edir ki, indi pandemiya ilə bağlı investisiya mühiti bütün dünyada əlverişsizdir:

“Bundan dövlət büdcəsi qazana blməz. Dövlət əmlakının özəlləşdiirlməsilə bağlı təcrübə onu göstərir ki, 32 milayard dollarlıq əmlak vaxtilə özəlləşdirildi, o özəlləşmə heç bir fayda vermədi. Əksinə varidatalar müxtəlif qrupların zənginləşməsinə xidmət etdi”. Onun fikrincə, indiki halda bu şirkətlər sağlamlaşdırlmalı, bazarın cəlbedicliyi artmalıdır.

Sabir Hacıyev, arxiv foto

Deputat Sabir Hacıyev isə mövzu ilə bağlı “ Turan” agentliyinə deyib ki, avqustun 7-də AİH-nin təsis olunması ilə bağlı fərmanın verilməsini təsadüfi saymır:

“Bunu həm də prezidentin çıxışının məntiqi davamı da adlandırmaq olar”

“Bunu həm də prezidentin çıxışının məntiqi davamı da adlandırmaq olar. Bəzi dövlət müəssisələri səmərəli işləmirlər, müsbət nəticələr görünmür. Ona görə də belə bir qurum yaradılması zərurəti ortaya çıxıb”.

S.Haciyev deyib ki, qurumun əsas məqsədi dövlət şirkətlərində vahid prinsiplə idarəolunmanı, fəaliyytlərin təkmilləşdiirlməsini, investisiya şəffaflığını, rəqabətli fəaliyyti və maliyyə sağlamlığını təmin etməkdir. Rəsmi açıqlamalara görə, Azerbaycanın müstəqilliyi dövründə 2020-ci ilə kimi ölkəyə 260 milyard manat investisiya yatırılıb.