Demokrat Partiyası 2020-ci il prezident seçkisində Joe Biden-in namizədliyini irəli sürüb.
Biden bir neçə ay öncə praymeriz seçkilərində qələbə qazanmışdı, avqustun 18-də isə onun namizədliyi rəsmən təsdiqlənib. Biden emosional anlar yaşayıb, çünki indiyədək iki dəfə prezidentliyə namizəd olmaq istəsə də, buna nail olmamışdı.
ABŞ-ın hər bir ştat və ərazisindən namizədlər videomüraciət şəklində Biden-ə dəstək bildiriblər. Biden hamıya təşəkkürünü bildirib. O, avqustun 20-də namizədliyi qəbul etməklə bağlı çıxış edəcək.
Prezident Donald Trump isə bu arada Arizona ştatına gedərək Meksika ilə sərhəd yaxınlığında sərhəd patrulunun üzvləri ilə görüşüb. O, Biden-in bir prezident kimi “dünyanın heç vaxt görmədiyi qanunsuz immiqrasiya axınına” səbəb olacağını iddia edib.
Rəy sorğularında Biden-dən geri qalan Trump rəqibinin immiqrasiya planını “ən radikal, ifrat, məntiqsiz, təhlükəli” adlandırıb.
ABŞ-da prezident seçkisi noyabrın 3-nə planlaşdırılır.