Yoluxmada artım davam edir

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azadlığa çıxdıq' - Bakı camaatı kafelərə axışır

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 34620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1747 nəfərdir".

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 min 359, ötən müddət ərzində isə ümumilikdə 849 min 628 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Bundan əvvəlki həftələr Azərbaycanda koronavirusa gündəlik yoluxmada azalmanın baş verdiyi qeyd edilirdi. Hətta yoluxmanın 100-ə düşdüyü bildirilirdi. Amma son günlər əks proses müşahidə edilir.

Son həftələr ölkədə karantinin sərtləşdirildiyi yerlərdə rejim yenidən yumşaldılıb. Ölkədə martın 24-dən karantin elan edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 22 milyon 340 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 785 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.