Dekabrlın 13-də Belarusda Minsk və digər şəhərlərdə dağınız yürüşlərdə onlarla şəxs saxlanıb. Onlar Alyaksandr Lukaşenkanı siyasi güzəştlərə məcbur etmək istəyirlər.
“Vyasna” insan haqları qrupu 300-dək etirazçının saxlandığını bildirir. Həbslər daha çox Minskdə baş verib. Rəsmiləri saxlananların sayının 300-dən yuxarı olduğunu bildirir.
Etirazçılardam bəziləri müxalifətin ağ-qırmızı bayraqlarını qaldırıb, “Yaşasın Belarus” deyə qışqırıblar.
Müxalifətin lideri Svetlana Tixanovskaya isə hazırda Berlindədir, dekabrın 14-də Almaniya Prezidenti Frank-Valter Ştaynmeyer ilə görüşü gözlənir.
O, Berlində kilsədə çıxışında deyib ki, müxalifətə beynəlxalq dəstəyi səfərbər edəcək.
“Bu səfərin ən vacib vəzifəsi belaruslulara qarşı zorakılıq və qanunsuzluğu dayandırmaqdır”, – o vurğulayıb.
Tixanovskaya Almaniyadan sonra Brüsselə gedəcək, orada birliyin xarici siyasət rəhbəri Cozep Borrel, AB Parlamentinin üzvləri ilə görüşəcək. Dekabrın 16-da isə Avropa Parlamentinin nüfuzlu Saxarov İnsan Haqları Mükafatını alacaq.