Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik bölgəsinə səfərinə etiraz aksiyaları keçirilir. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidməti məlumat yayıb.
Azatutyun vəziyyətin arada qızışdığını bildirir. Məsələn, Mehri sakinləri baş nazirin hərəkətinə mane olmağa çalışıb, ondan çıxıb getməsini tələb ediblər.
Hökumət səfərin gündəliyini açıqlamayıb.
Buna da bax: Prezident: 'Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan istəsə də, istəməsə də...'Paşinyan aprelin 20-dən Sünikdə səfərdədir. O, Azərbaycanla 44 günlük müharibə nəticəsində sərhəd zonasına çevrilmiş Şurnux kəndində olub. Sərhədlərin korrektə olunması Sünikdə narazılıq yaradıb. Bir neçə yerli icma rəhbəri Paşinyanın istefasını tələb ediblər.
***
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 19-da Sünik vilayətində olub, Şurnux kəndində bir neçə evə baş çəkib.
Bu haqda Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan Facebook səhifəsində yazıb.
Buna da bax: Rusiya 'əsir' məsələsində Ermənistanı dəstəkləməyib“Baş nazirlə bizi Şurnuxda bir neçə evdə qarşıladılar, biz kəndin mərkəzində idik. Bizi gözləmirdilər”, – deyə Simonyan bir neçə foto da yerləşdirib.
Baş nazirin Sünik vilayətinə səfərinə dair rəsmi informasiya yoxdur.
Bu yaxınlarda Ermənistan Prezidenti Armen Sarkisyan, insan haqları ombudsmanı Arman Tatoyan da bölgədə səfərdə olub.
Azərbaycan ötən il Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.