Vaşinqton Suriyanın şimal-şərqindən çıxardığı hərbiçilərini İraqa göndərməyi planlaşdırır. Bunu ABŞ-ın müdafiə naziri Mark Esper bəyan edib. 700-dən çox hərbçidən söhbət getdiyini bildirən Esper onların İraqın cənubunda yerləşdiriləcəyini və "İslam dövləti" ə qarşı mübarizəni davam etdiricəklərini vurğulayıb.
Suriyanın dövlət xəbər agentliyi SANA da oktyabrın 20-də ABŞ hərbçilərinin olduğu hərbi maşın karvanının İraqın cənubuna doğru hərəkət etiyini xəbər veririr. Bildirilir ki, bununla ABŞ Türkiyənin hərbi əməliyyatlar apardığı Suriya ərazisindəki ABŞ hərbi bazasının çıxarılmasını yekunlaşdırır.
Agentliyinin məlumatına görə, 100-ə yaxın yük maşınını hərbi qaravul müşayət edir. Məlumatda həmçinin bu arada Hələb və Rakkadakı Amerika hərbçilərinin də İraqa doğru hərəkət etdiyi vurğulanır.
Oktyabrın 9-da Türkiyə öz sərhədlərinin terrorçulardan qorunması və Suriya ərazisində 32 kilometrlik təhlükəsizlik zonası yaradılması ilə bağlı sərhəddboyu ərazilərdəki hərbi əməliyyatlara başladığını bəyan edib. Ankara həmin ərazidəki kürd hərbi birləşmələrini terrorçu hesab edir. Vaşinqton isə həmin silahlı kürd birləşmələrini "İslam Dövləti ilə mübarizədə özünün müttəfiqi sayır.
Bu həftə Suriyanın şimalında aparılan antiterror əməliyyatları ilə bağlı Türkiyə ilə Amerika arasında əməliyyatların 120 saatlıq dayandırılması ilə bağlı razılıq əldə olunub. Razılaşmaya görə, bu müddətdə kürd hərbi birləşmələri Türkiyənin təhlükəsizlik zonası hesab etdiyi ərazini tərk etməlidir.