Çinin prezidenti Xi Jinping sürətlə yayılan koronavirusun daha çox insanın həyatını itirməsi və əlavə yoluxmalarla əlaqədar ölkədəki vəziyyəti "ağır" adlandırıb.
Yanvarın 25-də Kommunist Partiyası rəhbərliyinin iclasında çıxış edən prezident koronavirus sətəlcəmindən ən azı 56 adamın öldüyünü, 1,975 nəfərin virusa yoluxduğunu deyib. Çinin ağır vəziyyətlə üzləşdiyini deyən Xi Jinping əhalini sakitləşdirməyə də cəhd edib.
Buna da bax: Çində yayılan yeni virus Azərbaycana gəlibmi?Virusun yayılmasının qarşısının alınması məqsədilə çox sayda şəhərlərə giriş və çıxanın bağlandığını vurğulayan prezident ölkənin "döyüşdə mütləq qalib gələ biləcəyini" söyləyib.
Koronavirusun daha geniş yayılmasının qarşısını almaq məqsədi ilə ölkənin Səyahət Xidmətləri Birliyi turizm agentliklərinə bütün qrup turları dayandırmağı tövsiyə edib.
Buna da bax: Qorxulu koronavirus haqqında nə məlumdur?Çindən yayılan son rəsm məlumatlarda virusa yoluxanların sayı 2 min nəfəri keçib, 300-dən çox adam kritik vəziyyətdədir.
Çindən başqa, ABŞ və Fransa da daxil olmaqla 10 ölkədə koronavirus-a yoluxma halları qeydə alınıb.
Yanvarın 23-də bu virusun ilk dəfə qeydə alındığı Vuhan vilayətində nəqliyyat demək olar tamamilə dayandırılıb. Bu vilayətdə 11 milyon əhali yaşayır.