.
Yeni il və Həmrəylik Günü ərəfəsində Milli Bank Azərbaycanda növbəti devalvasiyaya qərar verdi. Nəticədə Azərbaycan manatı ABŞ dolları qarşısında düz 50 faizə qədər dəyərdən düşdü.
Bu qərarın sadə vətəndaşın büdcəsinə necə təsir etdiyini əyani görmək üçün onun bayram süfrəsinə nəzər salaq.
Şərti olaraq Məmməd kişi adlandıra biləcəyimiz 5 nəfərlik ailə sahibi olan bir Bakı sakini orta bayram süfrəsinə devalvasiyaya qədər qədər nə qədər xərcləyəcəkdi, manat qiymətdən düşəndən sonra nə qədər xərcə düşür?
Bayramda hədiyyələr, səyahət, əyləncə istisna olmaqla yalnız süfrə üçün qiymətləri hesablamağa çalışmışıq.