Dövlət Statistika Komitəsinin iqtisadi fəaliyyət növləri üzrə iş saatlarının həcminə dair açıqlamasından məlum olur ki, Azərbaycanda ən çox iş saatı tikinti sektorunda qeydə alınır. Rəsmi rəqəmlərə görə, tikinti sektorunda 156.1 saatlıq orta aylıq iş saatı qeydə alınır. Ölkə üzrə orta aylıq iş saatının miqdarının ən aşağı olduğu sektorsa təhsil sektorudur. Təhsil sektorunda hazırda orta aylıq iş saatının miqdarı 110 saatdır.
Buna da bax: Təkcə sənaye sahəsində çalışan təxminən 50 min şəxs işdə sağlamlığını təhlükəyə atırÖlkə üzər məşğul əhali arasında, bütün sektorlar nəzərə alınmaqla, orta aylıq iş saatı 148.5 saatdır. Cinslər üzrə də orta aylıq iş saatı fərqlənir. Kişilər arasında orta aylıq iş saatı 152.2 saatdırsa, qadınlarda bu göstərici 142.6 saata bərabərdir. Fəaliyyət növlərini cinslər üzrə gözdən keçirdikdə aydın olur ki, kişilərin iş saatının ən uzun olduğu sektor maliyyə və sığorta sektorudur. Bu fəaliyyət növü ilə məşğul olan kişilərin orta aylıq iş saatı 162.3 saatdır. Qadınlar üzrə ən çox ortalama iş saatının qeydə alındığı sektor informasiya və rabitə sektorudur. Bu fəaliyyət istiqamətində çalışan qadınların orta aylıq iş saatı 151.1 saata bərabərdir.
Cədvəl: Azərbaycanda məşğul əhalinin iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq iş saatları və əmək haqları
İqtisadi fəaliyyət növləri |
Orta aylıq iş saatı |
Kişilər üzrə orta aylıq iş saatı |
Qadınlar üzrə orta aylıq iş saatı |
Orta aylıq əməkhaqqı (manatla) |
Kənd təsərrüfatı |
152 |
156 |
146 |
434 |
Mədənçıxarma sənayesi |
142 |
143 |
136 |
3 min 279 |
Emal sənayesi |
142 |
146 |
134 |
644 |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
153 |
155 |
149 |
698 |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
155 |
160 |
140 |
558 |
Tikinti |
156 |
159 |
139 |
791 |
Ticarət və nəqliyyat vasitələrinin təmiri |
150 |
154 |
143 |
521 |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
134 |
137 |
130 |
538 |
İnformasiya və rabitə |
154 |
156 |
151 |
1083 |
Maliyyə və sığorta |
151 |
162 |
147 |
1726 |
Peşə, elmi və texniki fəaliyyət |
145 |
148 |
144 |
1188 |
Dövlət idarəetməsi və müdafiə |
152 |
154 |
151 |
957 |
Təhsil |
111 |
113 |
109 |
516 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
150 |
154 |
148 |
525 |
İstirahət, əyləncə və incəsənət |
142 |
143 |
141 |
530 |
İş saatlarının orta aylıq əməkhaqqı ilə müqayisəsi göstərir ki, ən az iş saatının qeydə alındığı təhsil sektorunda orta aylıq maaş ölkədə kənd təsərrüfatı sektorundan sonra ən aşığı orta göstəriciyə malikdir. İqtisadi fəaliyyət növləri üzrə 1 saata ən az əmək xərci düşən sektorlara baxdıqda isə, burada ən aşağı göstəricilərin kənd təsərrüfatı və səhiyyə sektorunda olduğu üzə çıxır.
Cədvəl: İqtisadi fəaliyyət növləri üzrə 1 saata düşən əmək xərcləri
İqtisadi fəaliyyət növləri |
1 saata düşən əmək xərcləri |
Kənd təsərrüfatı |
3 manat 51 qəpik |
Mədənçıxarma sənayesi |
27 manat 94 qəpik |
Emal sənayesi |
5 manat 39 qəpik |
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı |
5 manat 70 qəpik |
Su təchizatı, tullantıların təmizlənməsi və emalı |
4 manat 28 qəpik |
Tikinti |
6 manat 31 qəpik |
Ticarət və nəqliyyat vasitələrinin təmiri |
4 manat 27 qəpik |
Turistlərin yerləşdirilməsi və ictimai iaşə |
4 manat 79 qəpik |
İnformasiya və rabitə |
8 manat 56 qəpik |
Maliyyə və sığorta |
13 manat 88 qəpik |
Peşə, elmi və texniki fəaliyyət |
9 manat 98 qəpik |
Dövlət idarəetməsi və müdafiə |
7 manat 66 qəpik |
Təhsil |
5 manat 90 qəpik |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
4 manat 25 qəpik |
İstirahət, əyləncə və incəsənət |
4 manat 52 qəpik |
Minimum maaşdan da az qazananlar
Dövlət Statistika Komitəsinin fəaliyyət istiqamətlərinə dair açıqladığı rəqəmlər arasında ən diqqətçəkənlərdən biri də minimum maaşdan az qazanc əldə edənlərlə bağlıdır. Ötən ilin noyabr ayının göstəricilərinə əsasən aparılan hesablamaya görə, işçilərin 3.2 faizinin aylıq qazancı ölkədə minimum əməkhaqqı hesab edilən 250 manatdan az olub. Minimum maaşdan az gəlir əldə edənlərin xüsusi çəkisinin ən çox olduğu fəaliyyət istiqaməti turizm və ictimai iaşə müəssisələridir. Bu sektorlarda çalışan işçilərin təxminən 11 faizinin gəliri 250 manatdan az olub. Təhsil (4.6 faiz) və kənd təsərrüfatı (3.8 faiz) sektorları da minimum maaşdan aşağı gəlir əldə edən işçi sayına görə ön sıralardadır.
Buna da bax: Azərbaycanda əcnəbi işçilərin sayı yarıbayarı azalıbÖlkədə məşğul sayılan əhalinin təhsil səviyyəsinə gəlincə, rəqəmlər göstərir ki, Azərbaycanda məşğul əhalinin hər 100-dən cəmi 17 nəfəri ali təhsillidir. Çalışanlar arasında təhsil səviyyəsinə görə əsas yeri tam orta təhsillilər tutur. Belə ki, ölkədə məşğul əhalinin 60 faizi tam orta təhsillidir. Məşğul əhali arasında orta ixtisas təhsillilərin payı 11 faizə, peşə təhsili alanların sayı 5.6 faizə, ümumi orta təhsil alanların sayı isə 6 faizə bərabərdir. Əmək bazarına qatılanların 0.7 faizinin, yəni təxminən 17 minə yaxın şəxsin, sadəcə, ibtidai təhsili var.