NATO Polşada silah və sursat anbarı tikmək planını təsdiqləyib.
Bu anbarlarda ABŞ istehsalı olan zirehli texnikalar,silah və sursatlar saxlanacaq ki, bu ümumilikdə hərbi briqadanın silahla təmin edilməsi üçün bəsdir.
NATO-nun nümayəndəsi Wall Street Journal-a bildirib ki, bu anbar Polşanın qərbindəki Povidze bölgəsində tikiləcək.
Bu bölgə paytaxt Varşavanın 200 kilometrliyində yerləşir.
Obyektin tikintisi təxminən 260 milyon dollara başa gələcək.
Tikinti işlərinə 2019-cu ilin sonlarında başlanacaq və təxminən 2 il sürəcək.
AFP agentliyi yazır ki, qərar, Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqindəki müharibədən sonra NATO-nun şərq cinahında iştirakının güclənmsi fonunda qəbul edilir.
Polşa hakimiyyəti, ölkə ərazisində ABŞ-ın daimi hərbi bazası olmasına çalışır.
Polşa prezidenti ona “Fort Trump” adı verilməsini təklif edib.
ABŞ hazırda bu ideyanı müzakirə edir.
NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, silah anbarlarının tikintisi ABŞ-ın Polşada iştirakının artmasından xəbər verməlidir.