Rusiyanın səhiyyə rəsmiləri ölkədə meymunçiçəyinə ilk yoluxmanın aşkarlandığını bildirir. Həmin şəxsin xəstəliyi yüngül keçirdiyi qeyd olunur.
“Rospotrebnadzor” iyulun 12-də bildirib ki, xəstəlik Avropa ölkələrinə səyahətdən qayıdan bir gəncdə aşkarlanıb, o, xarakterik səpkilərlə tibb ocağına müraciət edib.
“Xəstənin kontaktda olduğu şəxslər müəyyənləşdirilib, hazırda həkimlərin nəzarətindədirlər”, – bəyanatda deyilir.
Buna da bax: Avropada meymunçiçəyindən vaksinasiya başlanırXəstəxanaya yerləşdirilmiş şəxsdə xəstəliyin tez aşkarlandığı, bununla da “yoluxmanın yayılmasının önləndiyi” deyilir.
Meymunçiçəyi qızdırma, başağrısı, əzələ ağrısı, titrəmə, yorğunluq və səpkilərə səbəb olur.
Ümumilikdə 50-dən çox ölkədə meyminçiçəyinə yoluxmalar aşkarlanıb, ümumi təsdiqlənmiş hallar 7 min 600-dən çoxdur. Bu xəstəlik Qərbdə və Mərkəzi Afrikada endemik formada mövcuddur.
Buna da bax: Meymunçiçəyi çoxmu təhlükəlidirDünya Səhiyyə Təşkilatı xəstəliyin ictimai səhiyyəyə yaratdığı riskin hazırda böyük olmadığını desə də, virusun qeyri-endemik ölkələrdə yayılacağı halda riskin artacağıyla bağlı xəbərdarlıq edib.
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb.