Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:46

Dövlətlər “Nabucco”ya "yaşıl işıq" sözü verdilər


Prezident bildirib ki, qərar qəbul etmək üçün alqı-satqı barədə sazişlər, tranzit müqavilələri, qiymətlər və maliyyələşdirmə ilə tanış olmaq lazımdır
Prezident bildirib ki, qərar qəbul etmək üçün alqı-satqı barədə sazişlər, tranzit müqavilələri, qiymətlər və maliyyələşdirmə ilə tanış olmaq lazımdır

Bu gün Macarıstanda keçirilən sammitdə “Nabucco” qaz kəmərinə qoşulan ölkələr Avropaya yeni təbii qaz nəql edəcək bu kəmərin çəkilməsinə bir daha öz razılıqlarını bildiriblər.

Budapeştdə keçirilən iki günlük toplantıda iştirakçı ölkələrin liderləri kəmərin çəkilməsinə lazım olan siyasi, hüquqi, iqtisadi və maliyyə şəraitləri yaradacaqlarını bildiriblər.

Toplantıda çıxış edən prezident İlham Əliyev bu kəmərin zəruri edən səbəbləri yaxşı başa düşdüklərini bildirib: “Biz təchizatçılarla tranzit ölkələr arasında mübahisələrdən ziyan çəkən istehlakçıların narahatlıqlarını yaxşı başa düşürük”.

Prezident İlham Əliyev dünən də Macarıstanın kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib ki, Azərbaycan layihəni dəstəkləyir, lakin ölkənin layihədə hansı rolu oynayacağı – tranzit ölkə, yoxsa, qaz tədarükçüsü olacağı hələlik açıq qalır.

"Nabucco" kəmətinin xəritəsi

Avropa Birliyinin enerji komissarı Andris Piebals bildirib ki, indiki vəziyyət Avropanın 2015-ci ildə Türkiyə vasitəsilə Yaxın Şərq və Xəzər qazını ala biləcəyini deməyə əsas verir.

3300 kilometrlik “Nabucco” Xəzər regionundan təbii qazın Türkiyə vasitəsilə Avropaya çatdırılmasını nəzərədə tutur. Avropa Birliyi Rusiya və Ukraynadan yan keçən bu kəməri özünün enerji mənbələrinin müxtəlifləşdirilməsində əsas layihələrdən biri hesab edir.

Amma hələlik, kəmərin çəkilməsində maliyyənin necə tapılacağı, ona qazın hardan alınacağı kimi sualların cavabı məlum deyil.

XS
SM
MD
LG