Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:56

Generalın qətlinin istintaqı ilə bağlı rəsmi münasibət açıqlandı


General - leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında qətlə yetirilib
General - leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında qətlə yetirilib
«Baş prokurorluqda general Rail Rzayevin qətli ilə bağlı hər hansı şəxsin həbs edilməsi haqda informasiya yoxdur. Cinayət işinin istintaqını aparan Azərbaycanın hüquq-mühafizə orqanları istintaqın gedişi ilə bağlı zərurət yarandıqda ictimaiyyətə açıqlama verəcək».

«Azadlıq» radiosuna müsahibəsində Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov general Rail Rzayevin qətli ilə bağlı bir nəfərin həbs edilməsi haqda mediada yayılan xəbərləri şərh edərkən belə deyib.

«Yeni Müsavat» qəzeti generalın qətli ilə bağlı hüquq-mühafizə orqanlarının Bakı sakini Anar Rəfiyev adlı şəxsi saxlanması haqda informasiya yayıb. Xəbərdə bildirilir ki, Anar Rəfiyevin maşınından hardan əldə edildiyi bəlli olmayan hərbi geyim götürülüb.

Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general - leytenant Rail Rzayev fevralın 11-də səhər saatlarında qətlə yetirilib. Qətlin istintaqını Respublika Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu aparır.
XS
SM
MD
LG