Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Azərbaycan cəmiyyətinin düsturu


Bir gün bir ingilis alimi gəlir geridə qalmış bir ölkəyə. Yerli əhali öyünmək üçün onun qarşısına qeyri-adi bir oğlanı çıxarır ki, fitri istedadı ilə firəng alimi heyrətləndirsin. Yəni, ay ingilis, biz də az aşın duzu deyilik. İngilis həmin oğlandan soruşur ki, nə bacarırsan. Oğlan da deyir, bir qarpız gətirsinlər. Əlini qarpıza qoyub bildirir: «Bu qarpızın 457 dənə tumu var».

Qarpızı kəsib sayırlar. İçindən dübbədüz 457 tum çıxır. Oğlan deyir, nar gətirin. Narın dənələrinin sayını da dəqiqliyi ilə bildirir. Bütün yerli əhali fəxrlə bir oğlana, bir də firəng qonağa baxırlar ki, indi onların milləti haqda tərif dolu bir monoloq deyəcək. İngilis isə bir xeyli xəyala dalandan sonra oğlana deyir: «Sənin çox yaxşı başın var, amma heyf ki, meyvə-tərəvəzə sərf edirsən».

Sizə təqdim etdiyimiz videonun qəhrəmanı kimi, bacarığını bilyard şarlarına və dominoya həsr edir.



Sizcə, yuxarıda söhbətini apardığımız epizod başa çatandan sonra nə baş verir? Biz ürək edib deyə bilərik ki, ingilis İngiltərəyə gedir, yerli sakinlər evlərinə. Qarpız və nar qabıqları isə hələ uzun müddət zibil halında şəhərin baş meydanında qalıb cavan oğlanın fitri istedadına şahidlik edəcək.

Deyilənlərə görə, istedadın əsas əlamətlərindən biri də pintilikdir.

Bəs istedadla bacarıq üst-üstə düşəndə nə olur? Buyurub baxa bilərsiniz.



Adam istərdi ki, bütün şəhərlərin bütün sakinləri eyni intizam və bacarıq sahibi olsun. Buna idealizm deyirlər. Bəs həyatda necədir? «OL» təşkilatının bu videoçarxında vətəndaşların cəmiyyətdəki roluna fəlsəfi baxış var.



Cəmiyyətin dünyagörüşü, mənəvi dəyərlər vətəndaşın başının vəziyyətinə birbaşa təsir edir. Başıaşağı adam müsbət, dikbaş adam isə mənfi obraz kimi qəbul edilir. Amma milyonlarla adamı bir qəlibə yerləşdirmək heç də həmişə mümkün olmur. Həmişə kimsə başını qaldırmağa cəhd göstərəcək. Amma növbəti videonun naməlum qəhrəmanı iddia edir ki, sonra pis olacaq.

Videoda gördüyünüz bu cavan oğlan bloqqerlərin məhkəməsinə gələn adamlara hədə-qorxu gəlir. Səbəbi də odur ki, onların köynəyində «Mən də xuliqanam» yazısı var. Vaxtilə Bakıda istədiyin paltarı ala bilmirdin. İndi isə geyinə bilmirsən.

Sonra pis olacaq
Gözlə
Embed

No media source currently available

0:00 0:01:39 0:00
Direct-ə keçid


Beləliklə, Azərbaycanın ictimai düsturundakı iki məchulun cavabını tapdıq. «Hər şey yaxşıdır, hər şeydən razıyam» deyən vətəndaş tənliyin bir tərəfində, «Sonra pis olacaq» deyən mülki geyimli şəxs o biri tərəfində.

Ortada isə rekordlar kitabına düşəcək sayda kəsilən qırmızı lentlər.

Azərbaycan cəmiyyətinin tam mənzərəsini yaratmaq çətindir. Çünki burada cərəyan edən proseslər daha çox elmə məlum olmayan, qeyri-formal müstəvidədir. Məsələn, Azərbaycandakı vergi sistemindən hansı iqtisadçı baş çıxara bilər? Ona görə bu dəfə sizdən xahiş edirik bu videoçarxdakı fizikaya baxıb, onun timsalında Azərbaycandakı cəmiyyətin formulunu verməyə çalışın.

XS
SM
MD
LG