Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:34

YENİ AZƏRBAYCANLI ROMADA


Romada səfərdə olan Yeni Azərbaycanlı küçədə yağlı boya ilə şəkil çəkən rəssamı bir xeyli müşahidə edəndən sonra balaca oğluna deyir. «Oğlum, görürsən, adamın fotokamerası olmayanda nə əziyyət çəkir»...

Bakıda Muğam teatrını tikəndə, ağzıgöyçəklər hesablamağa can atırdılar ki, bu nadir arxitektura incisinə xərclənən 18 milyona neçə tar, neçə kamança aləti alıb uşaqlara paylamaq olardı. Həqiqətən də indi teatr var, amma musiqi həvəskarı olan gənclərimiz görün «Cücələrim» mahnısını necə ifa edirlər.



METRONU AVTOBUSA DƏYİŞƏNLƏRƏ

Avropa standartlarına sarı üz tutan Azərbaycan hökuməti hər şeydən göründüyü kimi, məqsədinə ilk növbədə qiymət siyasətində nail olmaq istəyir. Nədə geridə qalsa da, qiymətlərin səviyyəsində Azərbaycan Avropa ilə rəqabət aparmağa qadir bir dövlət olub. Ötən həftə Avropaya sarı daha bir addım atıb metro qiymətlərini qaldırdılar. Bunu şərh edən metro rəhbərliyi elə avropasayağı da bir şərh verdi: «Xoşun gəlmir, avtobusa min». Əziz sərnişinlər, avtobusa minmək məcburiyyətində qalanlara bu videonu hədiyyə edirik.



BU ORDUNUN QABAĞINDA KİM DURAR?

Hökumətin nəqliyyata pulu çatmasa da, deyilənə görə, Azərbaycan ordusu regionda ən güclü bir orduya çevrilib. Amma nə qədər müasir silahla təchiz olunsa da, nə qədər intizamlı olsa da, mərc gəlirik ki, bu videodakı ordunun qarşısında Azərbaycan ordusu dünyasında tab gətirə bilməz.



İSLAM RAKETİ

Bu videoya baxandan sonra özünə atom bombası əldə etməyə can atan ölkələrə təəccüb etməyə bilmirsən. Nüvə yanacağı İranın nəyinə gərək? Nüvə maddələrini zənginləşdirən qurğuların sayı artdıqca Qərb dövlətlərinə elə gəlir ki, uranı fır-fır fırlatmaqla bu ölkə onları da barmağına dolayır. İran rəhbərliyi isə deyir Allah haqqı atom silahı hazırlamaq fikrimiz yoxdur. İslam dövləti tanrının adını dilə gətirirsə gərək ona ikiqat inanasan. İnanmayanlar bu videoya baxa bilər. İranda hətta tanrıya tərəf raket atanda belə Allahın adını unutmurlar.



BURADA HAMI NAXÇIVANLIDIR

Belə bir zarafat var ki, Naxçıvan hava limanında sərnişinləri aşağıdakı plakat qarşılayır – «Unutma ki, burada hamı naxçıvanlıdır»... Həqiqətən də Azərbaycanın istənilən nöqtəsində Naxçıvan mənşəyi adamı məşhur etmək gücündədir. Yoxsa Bakıda maşınlara Naxçıvan nömrəsi almaq niyə dəbdə olardı? İnternetdə tapdığımız bu səhifədə isə çox nadir bir təsnifata rast gəldik. Onun müəllifləri Naxçıvanın görkəmli şəxsiyyətlərini bir sıraya düzürlər.

Bu siyahıya əlbəttə Heydər Əliyev və onun iki yaxını başcılıq edir - İlham Əliyev və Zərifə Əliyevə. Azərbaycan dövlətinin ideoloji məzmununu nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur.

Amma fəxri 4-cü yerdə kimin adı yerləşdirilib?

Elədir ki, var - Vasif Talıbovun.

O, bu siyahıda Cəlil Məmmədquluzadəni, Memar Əcəmi, Nəsrəddin Tusini (!) və onlarla digər mütəfəkkirləri qabaqlayır. Özü də Vasif Talıbov siyahıda yeganə görkəmli şəxsiyyətdir ki, onun tərcümeyi-halı həm də rusca təqdim olunur. Amma Naxçıvan xanı Ehsan Kəngərlinin təvəllüdü haqda məlumat yerində sual işarəsi durur. Bilmək olmur, Naxçıvanın sonuncu xanı hələ doğulmayıb, yoxsa hələ ölməyib. Siyahıda bir nəfərin - Nuh peyğəmbərin adı çatışmasa da, peyğəmbər haqqında Vasif Talıbovun tarixi çıxışının mətnini tapmaq olar.

Buyurun baxın: http://www.nakhchivan.az/portal-1/gork-sexsiyy.htm

Bu dəfə şərh də verməyə ehtiyac yoxdur. Amma varınızısa, sözlərinizə gözümüz üstə yerimiz var. Göndərin gəlsin.
XS
SM
MD
LG