Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:55

Yuxarı mərtəbədən əlibağlı atılan jurnalist keçinib


Qırğız jurnalisti Alma-Atadakı bu binanın altıncı mərtəbəsindən aşağı atılıb.
Qırğız jurnalisti Alma-Atadakı bu binanın altıncı mərtəbəsindən aşağı atılıb.
Qazaxıstanda, Alma-Atadakı çoxmərtəbəli binalardan birindən bir həftə əvvəl aşağı atılan Qırğız jurnalisti Gennadiy Pavlyuk çərşənbə axşamı xəstəxanada keçinib. Pavlyuku dekabrın 16-da, əlləri və ayaqları bağlı halda, çoxsaylı qırıqlarla tapmışdılar. Polis əl-qolu bağlı olan jurnalistin həyatına sui-qəsd maddəsiylə cinayət içi açıb. Ancaq, araşdırma hələ başa şatmamışdan Qırğızıstanın özündə çoxları bu qətlin məhz jurnalistin peşə fəaliyyətiylə bağlı olduğuna inanır.

Pavlyuk Qırğızıstandakı müxtəlif qəzetlərdə çalışıb. Həmçinin Rusiyanın “Arqumenti i faktı” və “Komsolskaya Pravda” nəşrlərinin Qırğız buraxılışlarının baş redaktoru olub. Milliyətcə rus olan Gennadiy Pavlyuk əsasən İbrahim Rustambek imzasıyla tanınıb.

Qırğızıstanlı jurnalist Gennadi Pavlyuk



Çoxları 40 yaşlı jurnalistin hökuməti və məmurları kəskin tənid elədiyinə görə aradan götürüldüyünü deyir. Çünki? son vaxtlar Pavlyuk məmurlar və Qırğızıstandakı islahatla rhaqqında silsilə yaılar yazıbmış.

Pavlyukun bu yaxınlarda www.atameken.kg - azərbaycanca “ana vətən” internet portalı yaratmaq planlarının olduğu deyilir. Eyni adlı - Ata-meken müxalifət partiyasının lideri Omurbek Tekebayev deyib ki, Pavlyukla dekabrın əvvəlində bu planlarla bağlı görüşübmüş.

"Məncə bu siyasi sifarişli qətldir. Bu Qırğızıstanda söz azadlığının boğulmasına yönələn növbəti hücumdur".

Qırğızıstan polisi jurnalistin peşə fəaliyyətiylə bağlı öldürüldüyünü istisna eləmir. Amma hu ehtimalı digər versiyarla yanaşı araşdırıldığını bildirib. Ancaq hələ ki, istintaq PAvlyukun Qazaxıstana necə və hansı məqsədlə gedib-çıxmasına da aydınlıq gətirə bilməyib. Müxalifət mediası iddia edir ki, Pavlyuku aldadıb Qazaxıstana aprıblar və burda öldürüblər ki, şübhələr Qırğızıstandan uzaqlaşsın. Çünki son dövrlər Qırğızıstan hökuməti jurnalistlərə və siyasi fəallara yönələn hücumların artmasına görə ciddi tənqid olunurdu.

Qırğızıstan Prezident Aparatının İlim Karipbekov AzadlıqRadiosuna bu haqda deyib ki;

- "Siz haqlısız. Son zamanlar doğrudan da Qırğızıtanda jurnalistlərə hücumlar, onlara qarşı zorakılıq halları doğrudan da artıb. BU çox pis tendensiyadır. Ancaq biz bu cür halların araşdırımasında polisin roluna da diqqət yetirsək görərik ki, polis də əlindən gələni edir. Bu cəhdlər hər zaman nəticə verməsə də, onlar çalışırlar".

Pavlyukun qətli təkcə dekabr ayında Qırğıztanda jurnalistlərə yönələn 3-cü hücumdur. AYın əvvəlində Rusiyann Rosbalt xəbər agentliyinin müxbiri

2009-cu ilin iyul ayında döyülüb-öldürülən qırğızıstanlı müstəqil jurnalist Almaz Taşıyev

Aleksandr Yevqrafov Bişkekdə döyülmüşdü. Sonrakı həftə isə Qırğızıstanın Oş şəhərində “Oş Sami” qəzetinin ofisi Kalaşnikopv avtomatından atəşə tutulmuşdu.

Parlamentdə Sosial-Demokrat fraksiyasının hesblamalarına görə. 2006-cı ildən bu yana Qırğızıstanda jurnalistlərə qarşı 60 zorakılıq halı qeydə alınıb. 2007- ci müstəqil journalist Alişer Saipov və 2009-cu ildə Almaz Taşiyev qətlə yetiriliblər.

Təkcə ötən il mediaya qarşı 50 məhkəmə iddiasına baxılıb. Son 3 ildə azı 6 qırğız jurnalisti ölkəni tərk eləyib, başqa dövlətlərdə siyasi sığınacaq almağa məcbur olub.

XS
SM
MD
LG