Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:55

«Onlar bizim kəndin yaltaqları idi»


Bənənyar kəndi
Bənənyar kəndi
Culfanın Bənənyar kəndində Aşura mərasimindən sonra özünü yandıran Yunis Əliyevin anası Şərəbanı Əliyeva və bacısı Kəmalə Xəlilova AzadlıqRadiosunun suallarını cavablandırıblar. Onlar Yunis Əliyevin səhhətindən, onun silahlı dəstənin üzvü olub-olmamasından və s.-dən söz açıblar.

NİYƏ BİZİ BÜTÜN AİLƏLİKLƏ RUHİ XƏSTƏ ÇIXARIBLAR?

- Yunis Əliyevin səhhəti necədir, İranda müalicəsi davam edirmi?


Şərəbanı Əliyeva: Oğlumun müacliəsi davam edir, bəlkə əllərində, belində əməliyyat oldu. Ancaq onu demək istəyirəm ki, mənim nə Naxçıvan, nə də Azərbaycan hökumətindən şikayətim yoxdur. Mənim oğlum 4 il Azərbaycan ordusunda xidmət edib. Niyə bizi bütün ailəliklə ruhi xəstə çıxarıblar? Dirilərimizə hörmət qoymadılar, bəs ölülərimizi qəbirdən niyə çıxarıblar? Hamının ailəsində xəstəsi də olur, salamatı da. Mənim bir qardaşım cavan ölüb. İndi hamınınkı ölür. Ancaq ruhi xəstəlikdən ölən olmayıb. Həkimlərə ar olsun, gəlib yoxlasınlar, baxsınlar bu ailədə heç bir ruhi xəstə yoxdur. Oğlum ruhi xəstə olsa idi, ona hərbi bilet verilməzdi. Mənim hökumətdən heç bir narazılığım yoxdur. Ancaq bu yerlərdə oturanlar özlərini yaxşı aparıb, məlumatı düzgün çatdırmırlar.

Kəmalə Xəlilova: Mənim qardaşım ruhi xəstə olmayıb. Necə xəstə idi ki, beynəlxalq pasport alıb, Türkiyədə fəhləlik edib, şəxsən Naxçıvan Daxili İşlər naziri Əhməd Əhmədovun evində fəhlə işləyib. Əgər ruhi xəstə idisə, onu nazirin evinə niyə buraxırdılar?...

AND İÇİRƏM Kİ, BİZDƏ BELƏ ŞEY OLMAYIB

- Yunisin əvvəllər silahlı dəstələrin üzvü olduğu deyilir. Buna nə deyirisiniz?

Şərəbanı Əliyeva: Nə mənim ailəmdə, nə kökümdə, nə də soyumda belə hadisə olmayıb. Öz üzərlərindən götürmək üçün buna başlayıblar, cinayəti onun üstünə atmaq istəyirlər. Mənim atam Böyük Vətən müharibəsi əlilidir. Ona mükafat və s. verilib. And içirəm ki, bizdə belə şey olmayıb.

Kəmalə Xəlilova: Mən dünən «Lider» kanalında verilişə baxandan sonra əsəbiləşdim. Onlar bizim kəndin yaltaqları idi. 3-5 nəfər çıxıb, qalanı heç bizim kəndin adamları deyildi. Bənənyar kəndində silahlı birləşmə yoxdur. Bunu Xalq Cəbhəsinin boynuna atmaq istəyirlər. 90-cı illərdə Xalq Cəbhəsinin silahı olmuşdu, ov tüfəngləri var idi. Onunla da erməninin qabağına çıxıb, onu saxlamışdılar. Hazırda heç bir silahlı qruplaşma yoxdur. Yalandır. Naxçıvan strateji zonadır. Niyə qardaşımı 4 il hərbi xidmətdə saxlayıblar.Yaxşı xidmətdən sonra ruhi xəstə oldu? Bəs onda 4 ildir heç bir təqaüd verilmir. Biz belə bir demokratik dövlətdə yaşayırıq ki, ruhi xəstəyə heç bir sosial yardım verilmir? Bəs bu 4 ildə niyə verilməyib? Biz dövlətimizə yox, polis zorakılığına qarşıydıq. Əlincə polis şöbəsinin işçiləri o qədər azğınlaşıb ki, kişi də kişiyə şalvarını aşağı çək deyər? Atama da işgəncə veriblər, döyüblər.

NAXÇIVAN HƏKİMİNİN ÖZ RAZILIĞI İLƏ OLUB

- Bəs Yunisi müalicə olunmaq üçün niyə məhz İrana aparmağa qərar verdiniz? Onu İrana aparmağınıza təhrik edən nəsə olub?


Şərəbanı Əliyeva: Gördük ki, Bakya aparmağa imkan, Naxçıvanda da şərait yoxdur. İrana qədər əllərində yığılma var idi. Həkim belində dərin yanıqların olduğunu da deyirdi, sidiyə qan gedirdi. Bir ana kimi uşağımın şikəstliyini istəmirdim. Ona görə qohum-yaxınların köməyi ilə İrana aparmışıq. Naxçıvan həkiminin öz razılığı ilə olub. Həkim dedi ki, istəyirsiniz Amerikaya aparın, mən söz demirəm, uşağını apar. Ambulans maşınını da xəstəxananın özü verib. Bizim ailədə hökumətimizə qarşı heç bir tədbir yoxdur. Ancaq atası elə söyüldüyünə, təhqir olunduğuna görə dözməyib. Təhqirə də məcbur edən adamlar var. Prezidentimizə də düzgün məlumat verilməyib. Yeri gəlsə böhtanı atan həkimləri məhkəməyə verəcəm.

Kəmalə Xəlilova: Bizi siyasət yox, ucuzluq maraqlandırır. İran məsafə baxımından Naxçıvana daha yaxındır. Mənim ailəm yoxsuldur. Baxmayaraq ki, təyyarə bileti 75 manatdır, amma 80 manata satılır. Mənim kasıb ailəmin 80 manata billet alıb övladını gətirməyə imkanı yox idi ki, üstəgəl həkimin, tibb bacısınn, süpürgəçinin pulunu verə bilsin. Bu hadisələrin belə hal alacağını bilmirdik, gözləmirik. Biz sadəcə xəstəmizi sağaltmaq üçün ora aparmışdıq. Nə bizim, nə Bənənyar camaatının dövlətimizə qarşı heç bir ədavəti yox idi. Biz dövlət çevrilişi eləmək istəyən insanlar deyilik. Biz bir parça çörəyini daşdan çıxaran kasıb insanlarıq.

- İndi Bənənyarda sizə qarşı münasibət necədir?

Şərəbanı Əliyeva: Eşiyə çıxırsan, çox vaxt burada nəzarət altındayıq. Hara getdik-hara gəldik…
XS
SM
MD
LG