Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:42

Yoxa çıxan bənanyarlı tapıldı


Culfa rayonunun Bənənyar kəndində Aşura mərasimində iştirak edən şəxslər sonradan polis tərəfindən saxlanılıb, kənddə axtarış aparılıb, sakinlər təzyiqlərə məruz qalıblar
Culfa rayonunun Bənənyar kəndində Aşura mərasimində iştirak edən şəxslər sonradan polis tərəfindən saxlanılıb, kənddə axtarış aparılıb, sakinlər təzyiqlərə məruz qalıblar
Naxçıvanın Bənanyar kəndində baş verən hadisələrdən sonra Bakıdakı evindən aparılan əslən bənanyarlı İbrahim Ələkbərov artıq azadlıqdadır.

Yanvarın 28-də AzadlıqRadiosunun müxbirilə söhbətində o, hazırda evində olduğunu deyib. Amma indiyə qədər harda saxlandığı, onu evdən kimlərin apardığı barədə suallara cavab verməkdən imtina edib.

Hadisələr baş verəndən sonra Bakıdakı kənd sakinlərinin bir qrupu mətbuat konfransı keçirib, beynəlxalq təşkilatların nümayəndəliklərinə öz narahatlıqlarını çatdırmışdılar.

Bir neçə gün sonra fəallıq göstərən kənd sakinlərindən İbrahim Ələkbərov da daxil olmaqla dörd nəfərin polislər tərfindən Naxçıvana aparıldığı barədə məlumat yayılmışdı.

Naxçıvanın hüquq-mühafizə orqanları yayılan məlumatlarla bağlı indiyə qədər hər hansı açıqlama verməyiblər.

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi isə İbrahim Ələkbərovun itkin düşməsi ilə bağlı onun ailə üzvlərinin iddiasını əsassız adlandırmışdı.

Bir müddət sonra dörd nəfərdən üçü sərbəst buraxılsa da, İbrahim Ələkbərovun taleyi barədə xəbər yox idi.

Amma əvvəl buraxılanlardan biri Bakıda polis tərəfindən saxlandıqlarını və sonradan Naxçıvana aparıldıqlarını etiraf etmişdi.

Culfa rayonunun Bənənyar kəndində Aşura mərasimində iştirak edən şəxslər sonradan polis tərəfindən saxlanılıb, kənddə axtarış aparılıb, sakinlər təzyiqlərə məruz qalıblar.
XS
SM
MD
LG