Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:24

«Hamı iməciliyə!»


Yazı Leninin sözləri ilə başlayır
Yazı Leninin sözləri ilə başlayır
«Kommunist» qəzetinin 17 aprel 1971–ci il buraxılışı iməciliyə həsr edilib. İlk məqalə «Hamı iməciliyə!» adlanır və Leninin sözləri ilə başlayır.

«Kommunist» iməciliyinin məhz ona görə çox böyük tarixi əhəmiyyəti vardır ki, bu iməciliklər əmək məhsuldarlığını inkişaf etdirməkdə, yeni əmək intizamına keçməkdə, təsərrüfat və həyat üçün sosialist mərasimi yaratmaqda fəhlələrin şüurlu və könüllü təşəbbüsünü bizə göstərir.

V.İ.Lenin

ÜMUMİTTİFAQ İMƏCİLİYİ

«İlk kommunist iməciliyinin gözəl ənənələri bizim günlərin kütləvi sosializm yarışında, kommunist əməyi hərəkatında daha da artır və inkişaf edir. 1969–cu il aprelin 12–ni Ümumittifaq kommunist iməciliyinin 50 illiyi qeyd olunduğu günü, habelə keçən il aprelin 11 – ni yada salaq. Həmin günlər bütün ölkənin zəhmətkeşləri Ümumittifaq iməciliyinə çıxıb, xeyli iş gördülər. Azərbaycan zəhmətkeşləri də bu hərəkatda böyük fəallıq göstərdilər.

Bu gün aprelin 17–də mühəndis–texnik işçilər, qulluqçular, kənd zəhmətkeşləri vətənə daha çox xeyir vermək arzusu ilə, Sovet İKP XXIV qurultayının irəli sürdüyü şərəfli vəzifələrin həyata keçirilməsində yaxından iştirak etmək məqsədilə ümumxalq kommunist iməciliyinə çıxırlar. Günün hər saatının məhsuldar keçməsi, hər bir sahədə işin normal getməsi təmin edilməlidir» .

«BU GÜNÜ SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR»


«Bu günki iməcilik əlamətdar bir vaxtda – Sovet İKP XXIV qurultayının öz işini yenicə qurtardığı günlərdə keçirilir. Yeni beş illiyin ilk ilinin iməciliyi. Bu gün minlərlə adam adi günlərdə olduğu kimi öz müəssisələrində işləyəcək, öz rayonunun, öz küçəsinin təmizliyi, abadlığı ilə məşğul olacaqdır. İndi hər bir Bakılı öz şəhərinin daha yaraşıqlı olmasını, daha çox yaşıllığa bürünməsinin qayğısına qalır. Hər yerdə bu günü səbirsizliklə gözləyirlər».
XS
SM
MD
LG