Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

İran inqilabında internetin rolu şişirdilib?


Tehranda hökumət əleyhinə etiraz aksiyası, 27 dekabr 2009
Tehranda hökumət əleyhinə etiraz aksiyası, 27 dekabr 2009
İrandakı seçkilərdən sonra başlanan «yaşıl inqilab» zamanı çoxları internetdəki sosial paylaşım şəbəkələrinin, Facebook və Twitterin rolundan danışırdı. Hətta inqilabı «Twitter inqilabı» adlandıranlar da vardı, müxalifətin etiraz aksiyalarını Facebook və Twitter vasitəsilə əlaqələndirdiyini də deyirdilər.

Amma indi İrandakı seçkisonrası etirazlara qatılanlar özləri bu iddiaların o qədər də reallığı əks etdirmədiyini deyirlər. Məsələn, İrandan olan bloqqer Əlirza Rezai deyir ki, yeni media adlandıra biləcəyimiz internet vasitələri etirazları yönəltmək üçün istifadə edilməyib. Sadəcə baş verənlərin hamı tərəfindən görülə bilməsi, informasiyanın yayılması üçün istifadə olunub:

HƏR ŞEY REAKTİV İDİ

«Lap əvvəlindən, Yaşıl Hərəkat özü təşkil edilməmişdi və planlaşdırılmırdı. Yəni kimsə etirazları planlaşdırıb, başqalarına xəbər vermirdi. Sadəcə hər şey reaktiv idi, sən küçəyə çıxanda, ya işdə olanda, harasa gedəndə görürdün ki, camaat bundan danışır, etiraz edir. Və adamlar sadəcə ani qərar verib iştirakçılara qoşulurdu».

Etiraz aksiyalarının dağıdılması daha ciddi etirazlar doğururdu. Və artıq iranlılar gündüzlər «Hanı mənim səsim?», gecələr isə «Allahu əkbər», «Diktatora ölüm» şüarlarını səsləndirirdilər.

Xüsusən də Twitterin Yaşıl Hərəkatdakı rolu çox şişirdilir
Onların qarşısını almağa çalışanda etirazçılar qarşıdurma səhnələrini mobil telefonlarına çəkib internetə yerləşdirirdi. Youtube video paylaşım şəbəkəsinə yerləşdirilən videolar Twitter və Facebookla yayılırdı, beləcə daha çox insan baş verənləri görürdü. Və əslində seçkinin nəticəsindən çox, baş verənlərə etiraz edirdi. Sosial paylaşım şəbəkələrinin rolu məhz bu baxımdan önəmli olub.

FACEBOOK İRANDA 2006-CI İLDƏN SONRA QADAĞAN EDİLMİŞDİ

Ümumilikdə Facebook İranda 2006-cı ildən sonra qadağan edilmişdi. Amma seçkiyə bir neçə ay qalmış hökumət bu şəbəkələrə girişi açdı. Ancaq seçkisonrası etirazlar zamanı şəbəkələrdə videoların yayıldığı və Qərb mediasının burdakı videolardan istifadə etdiyini görəndə məhdudiyyətlərin tətbiqi təkrar bərpa olundu.

Sosial paylaşım şəbəkələrindən istifadənin pik nöqtəsi Neda Ağa Soltan adlı gənc qızın snayper gülləsiylə vurulub, can verdiyi anın videogörüntülərinin yayılması oldu. İran rəsmiləri sonradan bu videonun saxta olduğunu iddia etsə də, görüntülər dünyaya yayılmışdı. Hökumət bundan sonra təkcə internetə yox,
Yeni media adlandıra biləcəyimiz internet vasitələri etirazları yönəltmək üçün istifadə edilməyib
mobil telefonlar vasitəsilə mesajlaşmağa, şəkil və video göndərmək funksiyalarına da zaman-zaman qadağalar qoyurdu.

TWITTERIN YAŞIL HƏRƏKATDAKI ROLU ÇOX ŞİŞİRDİLİR

Amma Yaşıl Hərəkatın içindən çıxanlar AzadlıqRadiosuna deyir ki, əslində Facebook, Twitter, Youtube kimi paylaşım şəbəkələrinin rolu daha çox Qərb mediası üçün önəmli olub. Və «internet şəbəkələri olmasaydı, Yaşıl Hərəkat olmazdı» kimi iddialar haqsız səslənir.

Məsələn, Əlirza Rezai deyir ki, xüsusən də Twitterin Yaşıl Hərəkatdakı rolu çox şişirdilir. Çünki əslində, Twitter İranda heç vaxt populyar olmayıb. Sadəcə Qərb mediası İranla bağlı xəbərləri burdan izləyib deyə, onlarda belə yanlış təsəvvür yaranıb.

Rezai vurğulayır ki, İranda baş verənlərin əsas hərəkətverici qüvvəsi məhz İran xalqı olub, sıravi iranlılar olub. İnternetdən istifadə edən gənclərlə yanaşı bu etirazlarda bütün yaş dövrünə aid insanlar olub. İndi onların mübarizəsini internetin ayağına yazmaq insanların əməyini kiçiltməkdir.
XS
SM
MD
LG