Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Parlament seçkisi ani dayandırıla bilərmi?


Məsələ 2009-cu ildə referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb və indi müvafiq qanuna şamil olunmaqla konkretləşdirilir
Məsələ 2009-cu ildə referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb və indi müvafiq qanuna şamil olunmaqla konkretləşdirilir
Təsəvvür edin ki, Azərbaycanda atəşkəs xəbərləri intensivləşir, ölkə rəhbərliyi hərbi əməliyyatların labüdlüyünü elan edir və noyabrda keçiriləcək parlament seçkiləri təxirə salınır. Bununla da, hazırkı Milli Məclisin səlahiyyət müddəti qeyri-müəyyən vaxtadək uzadılır.

Bütün bunlar o halda baş verə bilər ki, Milli Məclis iyunun 18-də keçiriləcək növbədənkənar iclasında Konstitusiya Məhkəməsi Haqqında qanuna əlavə və dəyişiklikləri qəbul eləsin. Hərbi əməliyyatlar başlayacağı halda parlament və prezident seçkilərinin təxirə salınması və ya müddətin uzadılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsi artıq deputatlara paylanıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin təklif elədiyi layihə ölkənin siyasi aləmində narahatlıq yaratmağa başlayıb.

DƏYİŞİKLİKLƏRİN SEÇKİ ƏRƏFƏSİNDƏ GÜNDƏMƏ GƏTİRİLMƏSİ QORXULUDUR
Pənah Hüseyn


Müsavat Partiyası deputat qrupunun üzvü Pənah Hüseynə görə, bu məsələ 2009-cu ildə referendum yolu ilə Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb və indi müvafiq qanuna şamil olunmaqla konkretləşdirilir.

Amma millət vəkilini daha çox narahat edən həmin dəyişikliklərin parlament seçkiləri ərəfəsində gündəliyə gətirilməsi və hakimiyyətin siyasi məqsədlər üçün sözügedən dəyişikliklərdən özünə lazım olan anda sui-istifadə etmək istəməsilə bağlıdır.

«Bundan siyasi məqsədlər üçün sui-istifadənin qarşısı alınmalıdır. Ona görə, müharibə şəraiti, döyüş əməliyyatları və s. bu kimi anlayışlar dəqiq müəyyən edilməlidir ki, Konstitusiya Məhkəməsi bu barədə qərar qəbul edəndə bu qərarlar qanunamüvafiq olsun. Mənim dediyim odur ki, bu məsələ o qədər detallı şəkildə müzakirə olunmalıdır ki, cəmiyyətdə hansısa tərəddüd və şübhələrə əsas olmasın».

SEÇKİYƏ QORXU YOXDUR, MƏSƏLƏ KÖHNƏ MƏSƏLƏDİR


Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc müxalifət partiyalarının məsələ ilə bağlı narahatlığının başadüşülən olduğunu deyir. Zahid Oruca görə, müxalif siyasi qüvvələr baş verənləri seçki kontekstində təhlil edə bilərlər,
Zahid Oruc
amma bunun üçün onların bir əsası olmalıdır. İndiki halda millət vəkili buna əsas görmür, deyir «məsələ köhnə məsələdir»:

«Bu məsələdə heç bir yenilik yoxdur, 2009-cu il Konstitusiya dəyişikliyilə bağlı referenduma çıxarılmış əlavə və dəyişikliklərdə bu məsələ var idi. Orda «fors-major» vəziyyətlərlə bağlı məsələlər yer almışdı. 04:02 Ona görə də kimsə bundan belə nəticələr çıxarmasın ki, qarşıdakı dövrdə müharibə hazırlığı nəzərə alınaraq seçkilər hansısa dövrə qədər uzadıla və ya təxirə salına bilər».

Zahid Oruca görə, burda əsas məsələ fəaliyyətin hüquqi əsasının müəyyənləşdirilməsidir:

«Bunun seçkilərin üzərindən xətt çəkmək, hakimiyyətin özünü saxlamaq meyli kimi başa düşülməsi yanlışdır».

BU, HƏM DƏ BEYNƏLXALQ ALƏMƏ ÜNVANLANAN MESAJDIR

«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, hakimiyyətin nə deməsindən asılı olmayaraq bu kimi dəyişiklik vətəndaş cəmiyyəti institutlarının çox
Azər Rəşidoğlu
zəif olduğu Azərbaycan kimi ölkələrdə avtoritar rejimlərin daha da möhkəmlənməsinə xidmət edə bilər.

Azər Rəşidoğlu bu məsələnin seçki ərəfəsində gündəliyə gətirilməsini də təhlükəli tendensiya sayır. Ekspertə görə, bunu həm ölkə daxilinə, həm də beynəlxalq aləmə ünvanlanan bir mesaj da hesab etmək olar.

«Qanun layihələrini müzakirəyə çıxarmaqla hakimiyyət istənilən anda seçkiləri dayandırmağı və ya səlahiyyət müddətinin uzatmağı bacardığını deməklə cəmiyyətə və beynəlxalq aləmə mesaj vermiş olur. Bu təhlükəli tendensiyadır və bunun qarşısı alınmalıdır».

Azər Rəşidoğlu hesab edir ki, müxalif siyasi qüvvələrinin narahatlığına son qoyulması üçün bu məsələ ən azı seçkidən sonraya saxlanıla bilər.
XS
SM
MD
LG