Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:38

Məhbus bloqçuların yaxınları Hillari Klintona müraciət etdi


Bloqçular 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulublar
Bloqçular 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulublar
Həbsdə olan bloqçular Adnan Hacızadə və Emin Millinin yaxınları ABŞ dövlət katibi Hillari Klintona müraciət ediblər. «Turan»ın məlumatına görə, Adnan Hacızadənin atası Hikmət Hacızadə və Emin Millinin həyat yoldaşı Leyla Kərimlinin imzaladığı müraciətdə Hillari Klintondan Azərbaycana iyulun birinci yarısında gözlənilən səfəri zamanı bloqçular barədə məsələ qaldırmaq xahiş olunur.

Məktubda deyilir: «Emin Milli və Adnan Hacızadə saxta xuliqanlıq ittihamı ilə həbsxanada saxlanırlar. Bu, vətəndaş fəallıqları və demokratik baxışlarına görə çəkdikləri ağır cəzadır. Beynəlxalq Amnistiya Təşkilatı onları vicdan məhbusu kimi tanıyıb. Bütün dünyada onların azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilib. Çoxsaylı çağırışlara baxmayaraq, Azərbaycan hakimiyyəti saxta məhkəmə prosesi keçirərək, ölkə qanunlarını və beynəlxalq öhdəliklərini pozaraq Adnan və Emini azadlıqdan məhrum edib. Sizdən Azərbaycana səfəriniz zamanı bu məsələni qaldırmağı və Azərbaycan prezidenti ilə söhbət zamanı bloqçuların azad edilməsinə çağırmağı xahiş edirik».

Bloqçular 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra tutulublar. Gənclər Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG