Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:50

Ekspertlər AXCP-Müsavat birliyi barədə


Azər Rəşidoğlu
Azər Rəşidoğlu
Müsavatla AXCP bu həftə tərəfdarlarına ard-arda iki sürpriz etdi. İlkin olaraq AXCP seçkiyə Müsavatla bir blokda gedəcəyini bəyan etdi. Ardınca Müsavat başqanı İsa Qəmbər iki partiyanın birləşməsi təklifini irəli sürdü. Onun qənaətincə, bu təklifi gerçəyə dönərsə ölkədə tamamilə yeni situasiya yarana bilər.

Təklifi hər iki tərəf də müsbət dəyərləndirdiyini deyir. Amma ekspertlər bu sevdanın baş tutacağına az inanırlar. Bunu da onların siyasi ambisiyaları ilə bağlayır, eyni zamanda, hər iki partiyanın əvvəlki birləşmə-ayrılma təcrübələrini yada salırlar.

«Tolerant» Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğluna görə, Müsavatla AXCP-nin yaratdığı seçkiqabağı bloklar adətən gurultulu və qarşılıqlı ittihamlarla dağılıb. Buna görə də iki partiyanın birləşmə ehtimalı absurd görünür. Onun sözlərinə görə, müxalifət sadəcə düşdüyü durumdan çıxış axtarır. Və bəlkə də Qərb dairələri bu ideyaya siyasi və maddi dəstək verərsə, nəticə olar. Əslində, müxalifətin birləşmə ideyası tək cəmiyyətdən yox, həm də Qərbdən gəlir:

ƏLİ KƏRİMLİ BİRLƏŞMİŞ PARTİYANIN SƏDRİ, İSA QƏMBƏRSƏ VAHİD NAMİZƏD OLA BİLƏR

«Təbii ki, müxalif düşərgədə əsas qüvvə AXCP ilə Müsavatdır. İsa Qəmbər bu parlament seçkilərindən sonra partiya başqanlığından gedir. Təbii ki, o siyasətdən getmək fikrində deyil. Amma ikinci-üçüncü postda da olmaq fikrində deyil. Amma qərarında israrlı deyil. Zənnimcə, Əli Kərimli birləşmiş partiyanın sədri, İsa Qəmbər isə vahid namizəd ola bilər».

Azər Rəşidoğlunun sözlərinə görə, hətta birləşmə reallaşarsa belə, ortaya xeyli suallar çıxacaq. Məsələn, AXCP-dəki vəzifə sahiblərinə hansı postlar çatacaq? Və ya Əli Kərimli yetərincə avtoritar idarəçiliyə meylli siyasətçidir, o Müsavatda vaxtilə ona qarşı çıxanlarla eyni partiyada olmağa, onların tənqidlərinə tab gətirə biləcəkmi? Azər Rəşidoğluna görə, Əli Kərimlidə bu keyfiyyətlər olsaydı, vaxtilə AXCP-ni bölünməyə qoymazdı:

«HƏTTA QƏRB BUNA HƏR HANSI FORMADA DƏSTƏK VERSƏ DƏ…»

«Onun ambisiyaları fərqli düşüncəli insanların lideri olmasına imkan vermir…».

Azər Rəşidoğlu başqa məqama da diqqət çəkir ki, Müsavatda da xeyli vaxtdır başqan olmağa çalışanlar var. Ona görə də Əli Kərimlinin birinci olmasına qarşı çıxacaqlar:

«Bundan başqa, prezidentliyə namizəd məsələsində ortaq məxrəcə gəlmək çox çətin olacaq. Ona görə də iki partiyanın birləşməsini, hansısa uğurlara imza atacağını düşünmürəm. Hətta Qərb buna hər hansı formada dəstək versə də…».
XS
SM
MD
LG