Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:33

Müxalifətə yenə xəbərdarlıq edildi


Polis bundan əvvəlki aksiyaların qarşısını alıb
Polis bundan əvvəlki aksiyaların qarşısını alıb
Müsavat Partiyasının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu AzadlıqRadiosuna deyib ki, polisə çağırılanlar iyulun 31-nə təyin edilən mitinqlə bağlı icra hakimiyyətinə ünvanlanan müraciəti imzalayan şəxslərdir:

«Müsavat Partiyasından Hüseyn Məlik, AXCP-dən Fuad Qəhrəmanlı, Asif Yusifli, KXCP-dən Vüqar Bayramlı və Xəzər Teyyublu polisə çağırılıb. Onlar iyulun 31-də keçiriləcək mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciəti imzalayan şəxslərdir. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev onlara xəbərdarlıq edib ki, icra hakimiyyəti təqdim olunan yerlərdə mitinq keçirməyə icazə verməyib, ona görə də sabahkı mitinqin qarşısı polis tərəfindən alınacaq.

Müxalifət nümayəndələri isə bildiriblər ki, icra hakimiyyəti növbəti dəfə müxalifətin müraciətini rədd etməklə sərbəst toplaşma azadlığını pozub. Buna görə də partiyalar mitinqləri elan etdikləri yerdə keçirməkdə israrlıdırlar».

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin şəhərin mərkəzindəki yeddi meydanda aksiya keçirmək təklifini qəbul etməyib. Meriya təşkilatçılara yenə də mərkəzdən uzaqdakı meydanları təklif edib.

Müxalifət isə cavabdan asılı olmayaraq iyulun 31-nə təyin olunan mitinqi Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirməyi planlaşdırır.

İyulun 31-də Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar aksiya keçirməyi planlaşdırırlar.
XS
SM
MD
LG