Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:42

Azərbaycan dünyaya seçki dərsi keçir


Oktyabrın 24-də deputatlığa namizədlərin İctimai televiziyadakı debatları adi axarda davam etdi.

MARAQLI DAİRƏ

İlk teledebat 34 saylı Xətai ikinci seçki dairəsindən qeydə alınan 12 namizəd arasında keçdi.

Bu dairə onunla diqqət çəkir ki, Yeni Azərbaycan Partiyasının namizədi Gülər Əhmədova 15 saylı Yasamal birinci seçki dairəsindən (ordan Müsavat Partiyası başqanı İsa Qəmbər də namizədliyini vermışdi) namizədliyini götürüb, burdan seçkilərə qatıldı.

Bundan başqa, namizədlər sırasında “91”-lərdən olan, hakim partiyanın çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayan, iqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının namizədi kimi seçkilərə qatılan, iqtisad elmləri doktoru, professor Əli Əlirzayev də vardı.

Hansı dairədən kim?
34 saylı Xətai ikinci seçki dairəsindən seçilmiş indiki deputatsa Müsavat Partiyası Divanının üzvü Nəsib Nəsiblidir. Elə əksər namizədlərin sualları da Nəsib Nəsiblinin fəaləyyəti ilə bağlı oldu. Əksəriyyət onu fəaliyyətsizlikdə günahlandırırdı.

“ONU ÜZDƏN TANIMAZSIZ”

Onlardan biri də “İnsan Naminə” blokunun namizədi Böyükbala Məmmədov idi. O Nəsib Nəsibli haqda dedi:

- Çoxunuz beş adamın içində onu üzdən tanımazsız. Çünki o seçkidən gedəndi.

Nəsib Nəsiblinin mövqeyi isə belə oldu ki, seçici daha yaxşı bilir onun deputatı 5 ildə susub, yoxsa seçicinin problemlərinin həllinə çalışıb.
Deputat 5 illik fəaliyyəti ilə bağlı, çıxışlarından ibarət hesabat adlı kitab da nəşr etdirdiyini bildirdi.

GÜLƏR ƏHMƏDOVA QICIQ YARATMAQ İSTƏMİR

Milli İstiqlal Partiyasından seçkilərə qatılan Məhərrəm Həsənov isə hər iki rəqibini hədəfə aldı:

- Indiki deputat hesabat verə bilmir. Çünki 5 ildə bir dəfə də qapınıza gəlmədi. YAP-ın namizədi isə nədənsə Yasamaldan namizədliyini götürüb Xətaiyə keçdi.

Gülər Əhmədovanın cavabı:

- Mən istəmirəm namizədliyimi bu dairədən verməyim kimdəsə qıcıq yaratsın. Mənim üçün rayon fərqi yoxdu. Partiyam hara göndərsə, eyni əzmlə işləyəcəm”.

AZƏR HƏSRƏT PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

Prezidentə təşəkkür edən Azər Həsrət bəzi məktəb direktorlarının konkret namizədin xeyrinə təbliğat apardıqlarını iddia etdi. O dedi:

- Mən inanmıram ki, təhsil naziri Misir Mərdanov, icra hakjimiyyəti, ya da onların partiyası belə bir tapşırıq verıb...

ƏMANƏTLƏR UĞRUNDA MÜBARİZƏ

Əli Əlirzayev seçiciyə konkret vəd verdi:

- Sovet dövründən banklarda qalan əmanətlərinizin qaytarılması yönündə mübarizə aparacam. Özü də sovet banklarında 10 min rublu qalana 10 min manat, 2 min rublu qalana 2 min manat verilməsini təklif edirəm”.

“ALLAH SƏBR VERMƏSİN”

Keçmiş Qarabağ döyüşçüsü, özünü “diri şəhid” adlandıran Alik Muradov isə ondan başqa hər kəsin deputatlığa layiq olduğunu söylədi.

- Allah bizə Qarabağ məsələsində səbr verməsin...

“Qarabağ” bokunun namizədi, Demokrat Partiyasının sədr müavini Zakir Həsənov isə seçicilərinə daha real vədlər verəcəyini, yəni Xətai rayonundaki zirzəmnilərdən çirkab suları təmizlətdirəcəyini, su, qaz, elektrik problemlərini həll edəcəyini, məişət tullantılarını vaxtında daşıtdıracağını bildirdi.

ŞƏHƏRDƏN KƏNDƏ AXIN

Hansı dairədən kim?
82 saylı Ağcabədi seçki dairəsindən YAP-ın namizədi Tahir Rzayev bir çox həmkarı kimi çıxışını üzdən oxudu. Onun çıxışını başqalarından fərqləndirən bir məqam oldu:

- Bu gün şəhərlərdən regionlara axın başlayıb. Mən bunun Ağcabədidə şahidiyəm. - Deyə namizəd öz çıxında bildirdi.

“MƏNİ İŞDƏN ÇIXARIN”

86 saylı İsmayıllı seçki dairəsindən seçkiyə qatılan Məzahir Şahvələdov sual etdi:

- Bu gün korrupsiya altında olmayan bir dövlət qurumu yoxdur Varsa, üzr istəyəram.

Namizəd daha sonra nazir qardaşı olan rayon icra başçısını ittiham etdi ki, qanunsuzluqlara yol verir, iyirmidən artıq sahibkarı yersiz-yurdsuz qoyub və s.

Çıxışını bitirməzdən öncəsə üzünü işlədiyi müəssisə rəhbərinə tutdu:

- Dediklərimə görə, yerli məmurlar sizi incitsələr, məni işdən çıxarın.

“DÜNYA SEÇKİNİ BİZDƏN ÖYRƏNİR”

108 saylı Ağstafa seçki dairəsindən isə dörd namizəddən üçü teledebata qatılmışdı, onlardan ikisi qadındır: Müsavatdan Başxanım Abbasova və AMİP-dən Suqra Nəcəfova. Bu dairədən Nizamı Cəfərov da namizədliyini verib. Ondan iki sitat:

- Biz seçki sahəsində böyük uğur qazanmışıq. Hətta indi dünya bu təcrübəni buzdən öyrənir.

- Bu o Azərbaycandır ki, vaxtilə bu haqda söhbət gedə bilməzdi.
XS
SM
MD
LG