Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Benzin harada neçəyədir?


Neft ixrac edən və onu alan ölkələrdə qiymətlər fərqlədir.

İxracatçı ölkələrdə qiymətləri dövlət tənzimləyir. Bu məsələdə yalnız Rusiya istisna təşkil edir.

Dünyada ən ucuz benzini Venesuelada almaq olar, burada 1 litr yanacaq 3 sentdir. İkinci yerdə Liviyadır, müharibəyə qədər bu ölkədə 1 litr yanacaq 13 sent idi. Üçüncü yeri Səudiyyə Ərəbistanı tutur – 16 sent. Sonrakı yerlər belə bölüşür: Türkmənistan 20, Bəhreyn 21, Qətər 22, Küveyt 23, Oman 31 sent. Bu ölkələrdə benzin neftdən ucuzdur.

Bazarda xam neftin 1 litrinin qiyməti 75, «Coca-Cola»nın isə 65 sentdir. Deməli, Venesuela benzini neftdən 25, «Coca-Cola»dan isə təqribən 22 dəfə ucuzdur.

Qonşu İranda yanacaq talonla verilir. İndi iranlılar ayda 50 litr benzinin litrini 38 sentə alırlar. Bu limitdən artıq yanacağın 1 litri üçün isə 65 sent ödəməlidirlər.



AVROPA

«Köhnə qitə»də 1 litr benzinin orta qiyməti 1.5 avro (2 dollar) təşkil edir. Hazırda Avropada ən bahalı benzin Hollandiya (2.52 dollar), Norveç (2.5 dollar) və Danimarkadadır (2.36 dollar). Albaniya (1.33 dollar), Bosniya-Herseqovina (1.66 dollar) və Bolqarıstanda (1.74 dollar) sürücülərin bu mənada bəxti daha çox gətirib.

Türkiyədə isə benzin Avropadan bahadır – orada 1 litri 2 dollar 78 sentə almaq mümkündür.



MDB

MDB məkanında yanacağın qiymətinin ən yüksək olduğu ölkə Moldovadır – 1 litri 1 dollar 38 sent. İkinci Gürcüstan (1.34 dollar), üçüncü isə Ukraynadır (1.32 dollar).

Türkmənistanda isə 1 litr benzin 1 şüşə sudan ucuzdur - 20 sent. Üstəlik, dövlət Türkmənistanın hər sürücüsünə ayda 120 litr pulsuz benzin verir.

Qazaxıstanda benzin 71 sent, Azərbaycanda 75 sent, Rusiyada 94 sent, Özbəkistanda 1 dollar 3 sent, Ermənistanda isə 1 dollar 30 sentədir.

Qeyd: Bu hesablamada ancaq Aİ-95 markalı benzinin qiyməti götürülüb.
XS
SM
MD
LG