Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:31

2 aprel aksiyaçılarının məhkəməsində qalmaqal yaranıb


2 aprel aksiyası
2 aprel aksiyası
Prosesdə qalmaqal 14-15 yaşlarında bir oğlanın telefonla çəkiliş aparması üstündə baş verib. Həmin oğlanın prosesdən çıxarıldıqdan sonra nəzarətçilərin otağında saxlanılması zaldakıların etirazı ilə qarşılanıb.

Ayağa qalxıb məhkəmənin saxta olduğunu deyən bir qadının zaldan çıxarılması etirazları daha ha artırıb.

Bu prosesdə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də iştirak ediblər.

Avqustun 5-də Səbail rayon Məhkəməsində Sahib Kərimov, Arif Alışlı, Elnur İsrafilov, Babək Həsənov, Zülfüqar EyvazovElşən Həsənovun işi üzrə məhkəmə şahid polislərin dindirilməsi ilə davam edib.

İfadə verən polislər təqsirləndirilən şəxslərin avtobusun şüşəsini sındırdıqlarını görmədiklərini bildiriblər. Vəkillər polislərin məhkəmədə dedikləri ilə istintaqa verdikləri ifadələrin ziddiyyət yaratdığını bildirərək onların şahidlikdən kənarlaşdırılması və məsuliyyətə cəlb olunmalarına dair vəsatət qaldırıblar.

Hakim Elnur Həsənov isə vəsatəti açıq saxladığını deyib.

Şahid polislərin dindirilməsi davam edir.

Müttəhim kürsüsündə əyləşən 6 nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

İttiham aktına görə, bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

Həmin aksiyaya görə ümumilikdə 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Ancaq müdafiə tərəfi bu ittihamları böhtan və siyasi sifariş hesab edir.
XS
SM
MD
LG