Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:32

2 aprelçilərin məhkəməsi: Vəkil hakimin dəyişdirilməsini istəyir


2 aprel aksiyası
2 aprel aksiyası
Avqustun 16-da Nəsimi rayon məhkəməsində 2 aprel mitinqinə görə həbs olunmuş 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi günortadan davam edib. Müttəhimlər ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Müdafiə tərəfi Əhəd Məmmədli, Elnur Məcidli, və Rüfət Hacıbəylinin həbs müddətinin bitməsi ilə bağlı vəsatət verib. Vəkillər bildirib ki, onların həbsdə saxlanmaları ilə bağlı yeni məhkəmə qərarı olmadığına görə məhkəmə zalından dərhal azadlığa buraxılmalıdırlar. Ancaq vəsatət təmin olunmayıb.

Bundan sonra zərərçəkən qismində Nəsimi rayon polis idarəsi post-patrul xidmətinin serjantları Nicat Seyidovla İlham Zamanov ifadə veriblər.

Bildiriblər ki, onlar 2 aprel aksiyasında Əhəd Məmmədli ilə Ülvi Quliyevi saxlayan zaman onlar müqavimət göstəriblər. Şüarlar səsləndiriblər, yolun ortasında adamlara mane olublar. Polislər onların patrul maşınını əzdiklərini də bildiriblər.

Vəkillər onların ifadələrində ziddiyyətlər olduğunu bildiriblər.

Məhkəmə prosesi avqustun 18-də davam edəcək.

***
Müdafiə tərəfi Əhəd Məmmədli, Elnur MəcidliRüfət Hacıbəylinin həbs müddətinin bitməsi ilə bağlı vəsatət verib.

Vəkillər bildirib ki, onların həbsdə saxlanmaları ilə bağlı yeni məhkəmə qərarı olmadığından məhkəmə zalından dərhal azadlığa buraxılmalıdırlar.

Məhkəmə müşavirəyə gedib.

***

Avqustun 16-da Nəsimi rayon Məhkəməsində 2 aprel mitinqinə görə həbs olunmuş 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəylinin məhkəmə prosesi davam edib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Məhkəmə başlayan kimi vəkil Elçin Namazov hakimə etirazla bağlı vəsatət qaldırıb. Vəsatətdə bildirilir ki, təqsirləndirilən şəxslərin müdafiəçiləri hakim Şahin Abdullayevin obyektivliyinə inanmırlar.

Müdafiə tərəfi bildirdi ki, hakim əvvəlki prosesdə vəkillərin bir sıra suallarını düzgün cavablandırmayıb. Eyni zamanda, o, Mərkəzi Seçki Komissiyasında işləyib, seçki saxtakarlıqlarını araşdırıb. Vəkillərin fikrincə, hakim təyin edilməsi Şahin Abdullayevə mükafat kimi verilib.

Hakim Şahin Abdullayev bildirib ki, o, vaxtilə MSK-nın beynəlxalq əməkdaşlıq idarəsində baş məsləhətçi işləyib. Seçki saxtakarlıqlarının araşdırılmasında iştirak etməyib. Xarici qonaqları qəbul edib, onlarla iş aparıb.

Məhkəmə vəsatəti təmin etmədi. Bundan sonra müdafiə tərəfi yenidən hakimə etiraz vəsatəti qaldırdı. Bu vəsatət də baxılmamış sayıldı.

Hazırda məhkəmədə fasilə elan olunub.

HƏMÇİNİN OXU

2 aprel məhbuslarının məhkəməsi qarşısında «Azadlıq» şüarları eşidildi
2 aprel məhkəməsində təzadlı şahid ifadələri
2 aprel aksiyaçılarının məhkəməsində qarşıdurma yaranıb
XS
SM
MD
LG