Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:46

Qaddafinin sarayını ələ keçirən üsyançılar onun özünü axtarırlar


 Muammar Gaddafi
Muammar Gaddafi

Liviya üsyançıları Tripolidə Muammar Qaddafinin iqamətgahına daxil olublar.

Xarici telekanallar üsyançıların binaya girərək otaq-otaq Qaddafini və ailə üzvlərini axtardıqlarını bildirirlər. Amma hələlik nə Qaddafinin, nə də oğlanlarının harda olduğunu müəyyən etmək mümkün olmayıb.

Üsyançılar Qaddafinin sarayını al-üst edib, qələbələrini havaya atəş açmaqla qeyd edirlər.

Beləliklə də Muammar Qaddafinin 42 illik hakimiyyəti altı aylıq etiraz aksiyaları, silahlı mübarizədən sonra avqustun 23-də başa çatır.

Paytaxt Tripolinin bəzi yerlərində hələ də Qaddafiyə tabe olan qüvvələrlə atışmalar getmısi haqqında xəbərlər var. Amma liviya müxalifətinin Benghazi şəhərində mənzillənən Milli Keçid Şurası artıq paytaxt Tripolidə də öz idarələrini formalaşdırmaqdadır.

===

Rusiya şahmat federasiyasının prezidenti Kirsan İlyumjinov bundan əvvəl telefonla Muammar Qadafi və onun oğluyla danışıb.

Qaddafi şəhəri tərk etmək fikrində olmadığını deyib və qeyd edib ki, onun öldürülməsi Liviyada uzun vətəndaş müharibəsinə səbəb ola bilər.

RİXOS HOTELİ ƏTRAFINDA AĞIR DÖYÜŞLƏR

Qaddafi iqamətgahına hücumdan əvvəl eyni ərazidə yerləşən Rixos hotelinin ətrafında ağır döyüş gedir. Bu hoteldə əsasən jurnaslitlər qalırdı. Dünən həbs edildiyi bildirilən Qaddafinin oğlu Saif əl İslam gecə bu hoteldə ortalığa çıxıb.

O həmçinin atasının şəhərdə olduğunu deyib.

TRİPOLİ ÜSYANCILARIN NƏZARƏTİNDƏ

NATO-nun nümayəndəsi Rolan Lavya (Roland Lavoie) şəhərin ümumilikdə üsyançıların əlində olduğunu, amma Qaddafi qüvvələrinin müqavimət göstərdiyini deyir.

Qaddafinin oğlu Saif əl İslamın həbsiylə bağlı üsyançıların məlumatı təsdiqlənməyib, o hələ də azadlıqdadır.

Dünya liderləri Qaddafini istefa verməyə çağırıblar.
XS
SM
MD
LG