Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:40

Prezidentin qızını moda həftəliyindən qovdular


Gülnarə Kərimova
Gülnarə Kərimova
“Ey, Gülnarə, uşaq əməyinin istismarını dayandır!”

Bu çağırışlar Özbəkistan diktatorunun qızı, biznesmen və modelyer Gülnarə Kərimovanı New Yorkda haqlayıb.

Təxminən 25 etirazçı sentyabrın 15-də Cipriani otelinin qarşısına yığışmışdı.

Onlar oteldə Gülnarə Kərimovanın moda nümayişinə icazə verilməsinə etiraz edirdilər.

Bu etiraza səbəb isə Özbəkistanda pambıq yığımında uşaq əməyinin istismarıdır.

Prezident İslam Kərimov ölkəni Sovetlər Birliyi dağılandan sonra, 1991-ci ildən idarə edir.

Onun hökuməti insan hüquqlarının kobud şəkildə pozulmasında günahlandırılır.

“Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktoru Veronika Szente Goldstona görə, bu ölkədə hətta hüquq müdafiəçiləri də təqib edilir, onlara işgəncə verilir.

“Özbəkistan hakimiyyəti alternativ fikrə dözümlü deyil. Prezident Kərimov dünyanın ən repressiv hakimiyyətinə rəhbərlik edir, o, ölkəsinin insan haqlarının pozulmasında yüksək “rekord”una görə məsuliyyət daşıyır”.

Onun sözlərinə görə, Özbəkistanın BMT-nin Cenevrədəki bəzi qurumlarında təmsilçisi və İspaniyada səfiri olan Gülnarə Kərimovanın da insan hüquqlarının pozulmasında əli var. Veronika Szente Goldston bildirir ki, hər dəfə insan haqları ilə bağlı narahatlıqlar səslənəndə bunu təkzib edən, razılaşmayan özbək məmurları arasında Gülnarə Kərimova da olur.

ÖZBƏKİSTANDA 2 MİLYON UŞAQ PAMBIQ YIĞIR

Beynəlxalq Əmək Hüquqları Forumu Təşəbbüsünün rəhbəri, etirazların təşkilinə kömək etmiş Timothy Newman deyib ki, 2 milyondan artıq uşaq Özbəkistanın pambıq tarlalarında qul kimi işləməyə məcbur edilir.

ABŞ-ın Arizona ştatından gəldiyini və etirazlara qoşulmaq uçun 40 saatdır maşın
New Yorkda Gülnarə Kərimovaya etirazlar

sürdüyünü deyən Yusif Sabirov danışır ki, 8 yaşı olanda pambıq tarlasında işləməyə başlayıb. Onun Özbəkistanda qalan 2 uşağı da bu yaşda pambıq yığmağa başlayıb.

Sabirov deyir ki, Kərimovanın şousuna etiraz edir, çünki Özbəkistanda yaşayanlar rejimə qarşı çıxa bilmirlər.

“Mənim qızım kollecdə oxuyur. O, günortaya qədər oxuyur, günortadan sonra onu pambıq yığmağa göndərirlər. Əgər o, getmək istəməsə, onu kollecdən qovacaqları ilə hədələyirlər”.

UŞAQLAR ƏN YAXŞI HALDA GÜNƏ 5 DOLLAR QAZANIR

Sabirov deyir ki, uşaqlara bu iş üçün çox cüzi haqq verilir. Onun qızı həftə boyu işləməsinə baxmayaraq, həftəsonu da gün çıxandan gün batanadək işləməlidir:

“Əgər bir uşaq gün uzunu işləyirsə, təxminən 50 kiloqram pambıq yığa bilər. Hökumət hər kiloqrama 10 sent verir. Bu isə gün ərzində 5 dollar deməkdir. Və onlar sübh çağından axşama kimi işləyirlər. Arada yarım saatlıq nahardır, başqa heç nə”.

GÜLNARƏ KƏRİMOVANI MODA HƏFTƏLİYİNDƏN QOVDULAR

“Human Rights Watch” Gülnarə Kərimova ilə bağlı narahatlığını ifadə edəndən sonra Nyu-York City həftəlik moda nümayişinin təşkilatçı İMG şirkəti “ onun moda nümayişini ləğv edib. Moda həftəliyinin rəsmi təşkilatçısı Mercedes Benz şirkətidir.

İMG şirkəti öz açıqlamasında bildirib ki, Özbəkistanda insan hüquqlarının pozulması halları dəhşət doğurur.

Beləliklə, Gülnarə Kərimova şousunu və onun brendi olan "Guli"ni moda nümayişindən yığışdırmalı oldu.

Hərçənd o, şounun "təhlükəsizlik baxımından narahatlıqlarına görə" ləğv edildiyini və
Özbəkistanda pambıq yığan uşaqlar. 2009

bunun təşkilatçılarla razılaşdırıldığını bəyan edib.

ŞOUSUNUN ÖZƏL KEÇİRƏN KƏRİMOVA MƏRASİMDƏ GÖRÜNMƏYİB

Moda həftəliyindən çıxarılandan sonra özü “Cipriani”də şou keçirən Gülnarə Kərimovanın tədbirinə 200 qonaq gəlmişdi. AzadlıqRadiosunun müxbiri geçikmiş səhər “kokteyl"inin verildiyi müddətdə bir neçə müsahibə götürdükdən sonra ona tamaşa zalına girməyə imkan verilməyib. İçəridə olan fotoqrafın sözlərinə görə, Gülnarə Kərimova şouda görünməyib.

Şouda iştirak edən rusiyalı aktrisa Olqa Papkoviç etirazların ünvanının düz seçilmədiyi qənaətindədir.

“Əgər uşaq əməyi ilə bağlı mübahisə varsa, hesab edirəm ki, bu məsələ daha yuxarı dairələr qarşısında qaldırılmalıdır. Moda nümayişi belə müraciətlər, etirazların yeri deyil. Adamlar bura sənətçilərə, dizaynerlərə dəstək verməyə gəlirlər”.

ÖZBƏK PAMBIĞI BOYKOT OLUNUB

Bir neçə Qərb şirkəti, o cümlədən Tesco, Gap, Marks & Spencer və Wal-Mart Özbəkistan pambığını almaqdan imtina edib. Özbəkistan hökuməti 2008-ci ildə pambıq sənayesində uşaq əməyindən istifadəyə qadağa qoyub, amma fəalların sözlərinə görə, uşaq əməyindən istifadə heç vaxt dayanmayıb.

Yusif Sabirov isə bildirir ki, Kərimova moda şousu düzəltməklə verdiyi mesaj barədə ətraflı düşünməlidir:

“O fikirləşməlidir ki, nə edir. Moda şousu göstərməklə adamlara Özbəkistanda hər şeyin qaydasında olduğunu göstərmək düzgün deyil. Özbəkistanda insan haqları ilə bağlı vəziyyət pisdir, gündən-günə də pisləşir.
XS
SM
MD
LG