Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:24

Mərkəzi Bankın rəhbəri sosial ipoteka üçün 80 milyon manat istəyir


Foto: Arxiv
Foto: Arxiv
«Sosial ipotekalar üçün büdcədə nəzərdə tutulan məbləğ 80 milyon manatadək artırılmalıdır. Buna ölkənin maliyyə vəziyyəti imkan verir. Bu ipotekaların verilməsi ölkənin tikinti sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına da şərait yaradır».

Bunu noyabrın 23-də Milli Məclis 2012-ci il Dövlət Büdcəsinin layihəsini müzakirə edərkən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

O hesab edir ki, 2012-ci ilin büdcəsində sosial ipotekaların verilməsi üçün nəzərdə tutulan 20 milyon manat yetərli deyil. Çünki bu vəsaiti 35 min manata bölməklə il ərzində yalnız 600 nəfərə sosial ipoteka vermək mümkün olur.

Halbuki, hazırda sosial ipoteka ala biləcək gənclər kontingenti 100 min nəfər təşkil edir.

Elman Rüstəmov sosial ipoteka almaq üçün banklarda qeydiyyatdan keçənlərin tələbatını ödəmək üçün 80 milyon manat lazım olduğunu deyir.
XS
SM
MD
LG