Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:24

Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı


Əvəz Zeynallı
Əvəz Zeynallı
Dekabrın 1-də Nəsimi rayon Məhkəməsində «Xural» qəzetinin baş redaktoru, həbsdə olan Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı verdiyi ərizəyə baxılıb və təmin olunmayıb. İclasa hakim Etibar Hümbətov sədrlik edib. İclasda Əvəz Zeynallının vəkili Elçin Sadıqov vəsatət verib ki, Əvəz Zeynallının həbsdə saxlanması üçün heç bir əsas yoxdur. O, baş redaktorun ya ev dustaqlığına buraxılmasını, ya da həbs-qətimkan tədbirinin girovla əvəz olunmasını xahiş edib. Vəkil bildirib ki, Əvəz Zeynallı ilə konfedensial söhbətlər apara bilmir.
Elçin Sadıqov:
«Bakı İstintaq Təcridxanasında Əvəz Zeynallı ilə görüşərkən söhbətlərimiz dinlənilir, sənədlərimiz yoxlanılır. Mən müvəkkilimlə görüşdən çıxarkən təcridxana rəhbərliyi onunla görüş zamanı apardığım qeydləri yoxlayır. Müvəkkilimlə konfedensial söhbətlər aparmaq üçün onun barəsindəki həbs-qətimkan tədbirinin həbslə əlaqəli olmayan tədbirlə dəyişdirilməsi vacibdir».
1 saata yaxın davam edən iclasın sonunda hakim Əvəz Zeynallı barəsindəki həbs-qətimkan tədbirinin qüvvədə saxlanması barədə qərar çıxarıb.
Vəkil AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.
Ə.Zeynallı bu il oktyabrın 29-da saxlanıb. Nəsimi rayon Məhkəməsi onun barəsində üç ay həbs-qətimkan tədbiri seçib. Baş redaktora qarşı deputat Gülər Əhmədovanın şikayəti əsasında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG