Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:46

Strauss-Kahn-ın seks qalmaqalı film olacaq


ABŞ - Dominique Strauss-Kahn və onu ittiham edən otel xidmətçisi Nafissatou Diallo jurnal səhifələrində. İyul, 2011
ABŞ - Dominique Strauss-Kahn və onu ittiham edən otel xidmətçisi Nafissatou Diallo jurnal səhifələrində. İyul, 2011
Beynəlxalq Valyuta Fondunun keçmiş prezidenti Dominik Stross Kan haqqında film çəkiləcəyi barədə ötən il yayılan xəbərlər gerçəkləşir.

Filmin əsasında onun başına gələn seks qalmaqalı duracaq.

Rejissor Abel Ferraranın çəkəcəyi filmdə baş rolu kim-kim --Jerar Depardye canlandıracaq.

Fransanın nüfuzlu “Le Monde” qəzeti Abel Ferraraya istinadən xəbəri təsdiqləyib.

Əvvəldə yazdığım kimi, rejissor Ferrara ilə ssenarist Krist Zoysun filmin süjeti üzərində işlədiyi xəbəri 2011-ci ilin dekabrında yayılmışdı.

Həmin ilin yazında Stross Kanın başına gələn o əhvalat təbii ki, kinematoqrafçıların gözündən qaça bilməzdi.

Xatırladaq ki, ötən ilin mayında Nyu-York otellərinin birinin xidmətçisi Stross Kanı onu zorlamaq istəyində günahlandırmışdı.

Stross Kan şübhəli şəxs kimi saxlanmış, bundan sonra vəzifəsindən istefa vermişdı.

Məhkəmədə bunların qurama olduğu üzə çıxmış və avqustda Stross Kan azadlığa buraxılmışdı.

Ferrara filmin çəkilişlərinin Vaşinqtonda, Nyu-Yorkda və Parisdə gerçəkləşdiriləcəyini bildirib.

Rejissor filmdə Stross Kanın həyat yoldaşını İzabel Acaninin oynayacağının artıq təsdiqləndiyini deyib.

Ötən ilki məlumatlarda rejissorun filmi təkcə Stross Kan üzərində qurmayacağı, ssenaridə Bill Klinton və S. Berluskoinin bioqrafiyasından fraqmentlər də olacağı xəbər verilirdi.

Yeni xəbərdə bu nüansa aydınlıq gətirilməyib.
XS
SM
MD
LG