Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:46

Liviya Gaddafinin Londondakı evini ondan almaq istəyir


Muammar Gaddafinin oğlu Saadi Gaddafi
Muammar Gaddafinin oğlu Saadi Gaddafi
Liviyanın keçmiş rəhbəri Gaddafi ailəsinin şəxsi reaktiv təyyarələri, modern avtomobilləri və dünyanın bir çox yerində şəxsi mülki var.
Belə mülklərdən biri də Böyük Britaniyadadır. Martın 2-də London məhkəməsində Muammar Gaddafinin «playboy» kimi xarakterizə edilən oğlu Saadi Gaddafiə məxus 10 milyon funt dəyərində mülkün ondan geri alınması üçün iddia qaldırılıb. Bu barədə «thebureauinvestigates.com» saytı yazıb.
Bildirilir ki, 38 yaşlı, vaxtilə dəbdəbəli həyat tərzi sürən keçmiş futbolçu səkkiz yataq otağı, örtülü hovuzu, şəxsi kinoteatrı olan ev Ərəb baharının başlamasından 6 ay əvvəl alıbmış.
Saadiyə mülkü satmış ev makleri deyib ki, müştərisi evə baxan kimi götür-qoy etmədən onu almaq qərarını verib.
Saadi hazırda Nigeriyadadır. O, bir neçə şirkətin sahibkarıdır. Aydındır ki, şirkətin hüquqşünasları mülkün Liviyaya qayıtması ilə bağlı iddianı müdafiə etməyəcək.
Onun Yerusəlimdə olan vəkili Nick Kaufman deyib: «Baş verənlər barədə müştərim və mən ətraflı məlumatlıyıq. Müştərim hal-hazırda hesab edir ki, belə əssassız iddialarla məşğul olması üçün ona qarşı qaldırılıb».
«Bu çox əhəmiyyətlidir»,- İngiltərədə yerləşən «Global Witness» qeyri-hökumət təşkilatının eksperti Robert Palmer deyir: «Bu, Londonda Ərəb baharına aidiyyətı olan ilk mülkiyyət sorğulamasıdır».
Mohamed Shaban isə bildirib ki, onun Londonda araşdırmasının növbəti mərhələsi olacaq daha bir neçə əmlak var.
Sayt xatırladır ki, Ərəb baharından sonra korrupsiyaya uğramış milyonlarla dolların ölkəyə geri qaytarılması üçün cəhdlər müşahidə olunur.
XS
SM
MD
LG