Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:40

Rusiya Qəbələ RLS-dən imtina etməyə yaxındır


Qəbələ RLS
Qəbələ RLS
Rusiya Müdafiə Nazirliyindən bildiriblər ki, Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda Azərbaycanın mövqeyi onların təəssüfünə səbəb olub.

Mənbə həmçinin qeyd edib ki, danışıqlarda irəliləyiş olmasa, çox güman ki, Rusiya Qəbələdən gedəcək.

Hazırda Rusiya Qəbələ RLS-dən 2002-ci ildə imzalanmış 10 illik icarə müqaviləsi əsasında istifadə edir. Müqavilənin müddəti bu il dekabrın 24-də başa çatır.

Fevralın sonunda «Kommersant» qəzeti belə bir məlumat yaymışdı ki, Rusiya müqaviləni 2025-ci ilə qədər uzatmaq istəyir. Lakin Azərbaycan icarə haqqının 7 milyondan 300 milyon dollara qaldırılmasını tələb edir.

Rusiya Müdafiə Nazirliyindəki mənbə deyir ki, bu, rasional məbləğ deyil. Bu pula yeni bir stansiya tikmək olar.

Ermənistanın Baş naziri Tigran Sargsyan isə deyib ki, Qəbələ RLS ilə bağlı danışıqlarda Moskva Bakı ilə razılığa gələ bilməsə, Yerevan yeni stansiyanın tikintisi üçün Rusiyaya yer ayırmağa hazırdır.

XS
SM
MD
LG