Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:37

Julian Assange İsveçə verilə bilər


Julian Assange
Julian Assange


Britaniya ali məhkəməsi məhkəməsi WikiLeaks saytının sahibi Julian Assange-ın İsveçə verilə bilməsi haqqında qərar çıxarıb. İsveçdə onun seksual xarakterli hücum ittihamı ilə məhkəmə gözləyir.

Bundan əvvəl Britaniyada aşağı məhkəmə orqanları da Assange-ın İsveçə qaytarılması barədə qərar çıxarmışdı. Mayın 30-da isə ali məhkəmə onun aşağı məhkəmə orqanlarının qərarından şikayətini rədd edib.

Amma məhkəmənin bu qərarı Assange-ın dərhal İsveçə veriləcəyi anlamına gəlmir. Çünki məhkəmə ona və vəkillərinə öz arqumentlərini təzədən təqdim etmək üçün 14 gün möhlət verib.

İsveçdə iki qadın Assange-ın onlara seks məqsədli hücum etdiyi iddiası ilə məhkəməyə müraciət edib. Buna görə o, 2010-cu ilin dekabrında Britaniyada saxlanmışdı.

Julian Assange isə İsveçdə qadınlara qarşı hər hansı pis hərəkətinin olmadığını deyərək bu ölkəyə qaytarılarsa, onun ABŞ-a təhvil veriləcəyini deyir. Çünki onun WikiLeaks saytı 2010-cu ildə ABŞ diplomatlarının dünyanın müxtəlif ölkələrindən Dövlət Departamentinə göndərdikləri gizli teleqramı yaymaqla məşhur olmuşdu. Vaşinqton bu sənədlərin yayılmasını ciddi qanun pozuntusu adlandırıb.
XS
SM
MD
LG