Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:30

Azərbaycanın Təbrizdəki konsulu həbsdəki şairlərlə görüşə bilməyib


Fərid Hüseyn və Şəhriyar Hacızadə
Fərid Hüseyn və Şəhriyar Hacızadə
-


İyulun 8-də İranın Azərbaycandakı səfirliyinin binası önündə bir qrup gənc etiraz aksiyası keçirib.

Musavat.com-un məlumatına görə, aksiyada iştirak edənlər İranda həbsdə saxlanan Şəhriyar Hacızadə və Fərid Hüseynin azadlığa buraxılmasını tələb ediblər.

Səfirliyin qarşısına polis qüvvələri gəlib. Aksiya iştirakçıları gənc şairlərin azadlığa buraxılması ilə bağlı tələblərini səsləndiriblər, plakatlar qaldırıblar.

Polis aksiya iştirakçılarını səfirliyin qarşısından uzaqlaşdırıb.


***


Azərbaycanın Təbrizdəki konsulunun İranda saxlanılan azərbaycanlı şairlərlə görüşmək cəhdi baş tutmayıb.
ANSPress-in Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Təbrizdəki konsul şairlərlə görüşmək üçün addımlar atsa da, İran tərəfi buna heç bir şərait yaratmayıb.
Bir müddət öncə xaici işlər naziri Elmar Məmmədyarov İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhrami ilə görüərkən ondan bu görüşə şərait yaradılmasını tələb edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi şairlərlə görüşün təşkil edilməsi üçün İrana 5 nota təqdim etsə də, qarşı tərəf bunlara natamam cavab verib. Yalnız İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Orqanı “Ettelat”ın rəhbəri Heydər Moslehi həbs olunmuş 2 Azərbaycan vətəndaşı barədə yaxın günlərdə məlumatın veriləcəyini bildirib.
Gənc şairlər Fərid HüseynŞəhriyar Hacızadə aprelin 29-da şeir festivalında iştirak etmək üçün İrana gediblər. Mayın 2-də onlar Təbrizdə saxlanıblar.

İranın «Press TV» kanalı Azərbaycan vətəndaşları Şəhriyar Hacızadə və Fərid Hüseynin bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlandığı barədə məlumat yayıb:
XS
SM
MD
LG