Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:18

Hələbdə minlərlə adam mühasirədədir


Suriyalı döyüşçü Hələb şəhəri yaxınlığında pulemyotunu doldurur
Suriyalı döyüşçü Hələb şəhəri yaxınlığında pulemyotunu doldurur
Suriyanın Hələb şəhərində hökumət qoşunları ilə müxalifətçilər arasında döyüşlər davam edir. Şəhəri tərk etmək istəyən minlərlə adam mühasirədə qalıb.

Bu haqda BMT-nin qaçqınlar üzrə idarəsindən məlumat verilib. Şahidlər bildirir ki, Hələbdə ərzaq və qaz çatışmazlığı yaranıb.

İndiyə qədər Hələb şəhərini 200 min adam tərk edib. Döyüşlər nəticəsində evləri dağılmış adamlar isə məktəblərdə, məscidlərdə yerləşib.

Suriya ordusu artıq dördüncü gündür ki, üsyançıları Hələbin bir neçə rayonundan sıxışdırıb çıxarıb. İtkilərin dəqiq sayı bilinmir. Müxalifət bildirir ki, şəhərdə 3 minə qədər silahlı tərəfdarı var.

ABŞ prezidenti Barack Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Suriyadan olan qaçqınlara yardım məsələsini müzakirə edib. Hazırda Türkiyədə 43 mindən artıq suriyalı qaçqın var.
XS
SM
MD
LG