Sentyabrın 17-də ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasına cəhd olub. Bir qrup adam ABŞ-da çəkilmiş Məhəmməd peyğəmbərin təhqir olunması kimi qiymətləndirilən filmə etiraz ediblər, filmi pisləyən şüarlar səsləndiriblər. Amma polis aksiyanın qarşısını alıb. Saxlananlar var.