Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:50

Əli Həsənov: «Bütün dini icmalar tam azad və sərbəst fəaliyyət göstərir»


Əli Həsənov
Əli Həsənov
«Azərbaycanın dini etiqad azadlığı haqqında qəbul etdiyi qanun Avropa standartlarına uyğundur».

Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Venesiya Komissiyasının «Dini etiqad azadlığı haqqında» qanuna verdiyi rəylə bağlı APA-nın sualına cavab olaraq deyib:

«Düşünürük ki, bu rəy Venesiya Komissiyasının ayrı-ayrı nümayəndələrinə təqdim olunan qanunun tərcüməsində baş verən təhriflər nəticəsində formalaşıb. Bundan irəli gələn müəyyən terminologiyalar və müəyyən formullar düzgün tərcümə olunmadığına görə müəyyən anlaşılmazlıq yaradır. Bununla bağlı biz Venesiya Komissiyasına lazımı arayış hazırlamışıq.

Düşünürük ki, bu qanun bütün Avropa standartlarına uyğundur. Çünki qanun çərçivəsində Azərbaycanın bütün dini icmaları tam azad və sərbəst fəaliyyət göstərir, heç kim narazılıq etməyib».

Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanununa rəyini açıqlayıb. Rəydə 2011-ci ildə dəyişikliklər edilmiş bu qanunda kifayət qədər məhdudlaşdırıcı müddəaların olduğu bildirilir.

Komissiyanın rəyində qanunun qarışıq terminologiya ilə zəngin olduğu qeyd edilir.

Qurum tövsiyə edir ki, «Dini etiqad azadlığı» anlayışı genişləndirilməli, vətəndaşlığı olmayan və xarici vətəndaşların dini təbliğat aparmasına qoyulmuş qadağa aradan qaldırılmalı, dini icmaların qeydiyyata alınması sadələşdirilməlidir.

Komissiya həmçinin hesab edir ki, «islami dini ibadət və rituallar yalnız Azərbaycanda təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilə bilər» maddəsi qanundan çıxarılmalı, xaricə dini təhsil almağa getmək istəyənlərin icra hakimiyyəti orqanından razılıq almaq tələbi ləğv edilməlidir.

Milli Məclisin oktyabrın 16-da keçirilən iclasında isə sənəd tənqid edilib.
XS
SM
MD
LG