Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:42

20 oktyabr etirazları həbslərlə nəticələndi

Oktyabrın 20-də Bakıda etiraz aksiyası keçirmək istəüyən gənclərin cəhdləri kütləvi həbslərlə nəticələndi. Fəvvarələr Meydanı və Müsavat partiyasının qərargahı polis nəzarətinə götürülmüşdü. Özünü təqdim etməyən mülki geyimli şəxslər müxalifətçilər arasında həbslər aparırdı. Günün sonunda həbs olunanlar haqda məhkəmə hökmləri çıxarıldl. Hadisələrin gedişini izləyən müxbirlərimiz Bakının müxtəlif nöqtələrindən xəbər verirdilər. Bu xəbərləri oxumaqla, foto və videolara baxmaqla 20oktyabr etirazları haqda özündə tam təsəvvür yarada bilərsən. Səndə də maraqlı xəbər, foto və ya video varsa, bizimlə bölüşməyi unutma

14:03 20.10.2012
MÜSAVAT ƏTRAFINDA XEYLİ SAYDA MÜLKİ GEYİMLİ TOPLANIB

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Müsavat Partiyası ətrafında xeyli sayda mülki geyimlilər toplanıb. Bundan başqa partiyanın yaxınlığında avtobus dayanıb. Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslının sözlərinə görə, hadisənin gedişatı onu göstərir ki, onların aksiyaya yollanmasına imkan verməyəcəklər. Ona görə də aksiyanın yeri dəyişdirilə bilər.
14:09 20.10.2012
Sumqayıtda iki nəfərin saxlandığı barədə məlumatlar var. Bu barədə Müsavat başqanının müşaviri Əhəd Məmmədli Facebook profilində məlumat yayıb.

Saxlananlardan birinin Müsavat, digərinin isə AXCP üzvü olduğu bildirilir.

Müsavat başqanının müavini Gülağa Aslanlının AzadlıqRadiosuna verdiyi məlumata görə, hazırda partiyanın qarşısında polis və mülkigeyimlilər var.

«İndi qərargahda Müsavat Partiyasının Məclisi keçirilir. Ətraf hər tərəf polis və mülki geyimlilərdir. Hələ ki, müdaxilə yoxdur, amma mühasirə şəraitindəyik».

Bir qrup müxalif və müstəqil gənclər oktyabrın 20-də Fəvvarələr Meydanında aksiya keçirəcəyini bəyan ediblər. Gənclər parlamentin buraxılmasını tələb edəcəklərini bildiriblər. Onlar YAP-dan olan sabiq deputat Gülər Əhmədova ilə Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev arasında qalmaqallı rüşvət videosunun yayılmasından sonra parlamentin buraxılmasını tələb edirlər və aksiyaya da bu şüarla çıxacaqlarını bildiriblər. Polis isə oktyabrın 19-da təşkilatçılara xəbərdarlıq edib ki, Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyanın qarşısı alınacaq.
14:16 20.10.2012
DAHA 4 NƏFƏR SAXLANIB

AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, polis Müsavat Partiyasının yaxınlığında «Baku News» internet televiziyasının əməkdaşını saxlayıb.

Bundan başqa Fəvvarələr Meydanındakı «McDonalds» restoranı yaxınlığında 3 nəfər saxlanaraq aparılıb.

Onlardan biri «Azadlıq» qəzetinin əməkdaşı İslam Şıxəliyevdir. Digər 2 nəfərin adını hələlik dəqiqləşdirə bilməmişik.

Müxbirlərimiz aksiyanın keçiriləcəyi ərazidə xeyli sayda mülkigeyimlilərin toplandığını bildirirlər.

Davamı

XS
SM
MD
LG