Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:33

Dünyada dini azadlıqlar azalıb


Foto: Arxiv
Foto: Arxiv
-
Beynəlxalq Dini Azadlıqlar üzrə ABŞ Komissiyasının illik hesabatında bildirilir ki, qlobal iqtisadi böhranın davam etdiyi bir vaxtda dünya boyunca dini azadlıqlarda da ciddi geriləmə baş verib.

Hesabatda Misirin nümunəsi əsas götürülərək bildirilir ki, «Ərəb baharı» inqilabları dini azlıqlara azadlıqlar əvəzinə məhdudiyyətlər və məhrumiyyətlər gətirib.

Misirdə xristian koptlara, İranda bəhailərə və atəşpərəstlərə, Çində isə müsəlman uyğurlara və buddist tibetlilərə qarşı təqiblərin daha da artdığı vurğulanır.

Sənəddə qeyd olunur ki, ümumiyyətlə, son illərdə Yaxın Şərq boyunca xristian əhalinin kəskin tənəzzülü qeydə alınıb.

Hesabatda deyilir ki, dini azlıqlara qarşı təqiblər Pakistanda xristian nazir Shahbaz Bhatti-nin qətli ilə nəticələnib.

Beynəlxalq Dini Azadlıqlar üzrə ABŞ Komissiyasının illik hesabatında Türkiyədəki vəziyyətə də toxunulur. Bildirilir ki, seçkili demokratiya olmasına baxmayaraq, Türkiyə ələvi, yunan, erməni, Suriya pravoslav kilsəsi, katolik, protestant kilsələri və yəhudi icmalarını rəsmi qaydada tanımaqdan imtina edir.

Hesabatda komissiya Dövlət Departamentinin nəzərinə xüsusilə narahatlıq doğuran 16 ölkənin siyahısını yetirir. Bunlar Birma, Şimali Koreya, Misir, Eritreya, İran, İraq, Nigeriya, Pakistan, Çin, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Vyetnamdır.

Bildirilir ki, Dövlət Departamenti hesabatlarda göstərilən ölkələrə münasibətdə siyasətini qurarkən bu məlumatları nəzərə almalıdır.
İran
İran

İRAN – DİNİ DÖZÜMSÜZ ÖLKƏ

Hesabatda dini azlıqların İrandakı vəziyyətinə xüsusi diqqət yetirilir.

Qeyd olunur ki, konstitusiyalı İslam Respublikası olan bu ölkədə sufi müsəlmanların, atəşpərəstlərin, yəhudi və ermənilərin dini hüquqları ciddi şəkildə pozulur.

Rəsmən şiə ölkəsi olan İranda sünnilərin - ərəblərin, bəlucların, kürd və türkmənlərin təriqət zəminində repressiyalara məruz qaldıqları vurğulanır.

Belə bir fakta diqqət çəkilir ki, İran qanunvericiliyinə görə, bəhailərin qanları «halal» hesab olunur. Bu, öz növbəsində, bəhailərin qətllərinin cəzasız qalmasına rəsmən yol açır.

1979-cu ildən bəri 200-dək bəhai liderinin öldürüldüyü bildirilir.

NURÇULAR HƏDƏFDƏ

Sənəddə deyilir ki, Rusiyada dini azadlıqların vəziyyəti son illərdə olduqca pisləşib.

Hökumət özünün anti-ekstremizm qanunundan «Yahovanın şahidləri» təriqətinin və Türkiyə ilahiyyatçısı Səid Nursi təriqətinin davamçılarını təqib üçün istifadə edir.

Türkmənistan
Türkmənistan
Hesabatda keçmiş sovet respublikalarından Türkmənistan haqqında da maraqlı məlumat var.

Daha doğrusu, bu məlumat Azərbaycandakı vəziyyətlə müqayisə baxımından maraqlıdır.

Sənəddə deyilir ki, Səudiyyə Ərəbistanının verdiyi 5000 nəfərlik kvotaya baxmayaraq, Türkmənistanda ildə yalnız 188 nəfərə həcc ziyarətinə getmək icazəsi verilir.

Bu adamların siyahısı hökumət tərəfindən tutulur və siyahıya düşmək o qədər də asan deyil.

Burası da var ki, ziyarət xərclərini tam qaydada dövlət ödəyir.

Ümumiyyətlə isə, Aşqabad hökuməti vətəndaşların dini ziyarətlər üçün xarici səfərlərini son dərəcə məhdudlaşdırır.

AZƏRBAYCAN – BAĞLANAN MƏSCİDLƏR

Azərbaycanla müqayisə oluna biləcək digər ölkə Özbəkistandır.

Özbəkistanda vəhhabilik və cihadçılıq, habelə «Hizbu-Təhrir», «Nur» qruplaşmaları qanunla qadağandır.
Özbəkistan
Özbəkistan

Özbəkistan hökuməti «Nur» hərəkatını xüsusilə təqib edir. Özbək televiziyası nurçuluğun dövlətçiliyə ziyan vurduğu barədə proqramlar yayımlayır. İndiyədək 141 nurçu həbs edilmiş və onlara 6 aydan 12 ilədək həbsxana cəzaları kəsilmişdir.

Başqa maraqlı fakt budur ki, ölkədə şiə azlığının mövcud olmasına baxmayaraq, şiələrə xaricdə təhsil almaq qadağandır. Söhbət yəqin ki, ilk növbədə İranın dini təhsil mərkəzlərindən gedir.

Ölkənin təhsil ocaqlarında həmçinin hicab yasaq edilib.

Maraqlı faktlardan biri də budur ki, 45 yaşından aşağı olanların Məkkə ziyarətinə getməsinə icazə verilmir.

Azərbaycan hesabatda «ciddi narahatlıq doğuran ölkələr» sırasında deyil və sənəddə ölkə barədə çox söz deyilmir.

Qeyd olunur ki, Azərbaycanda son illər hətta qeyri-zorakı dini təriqətlər də qanunla qadağan edilib.

Ölkədə bir sıra şiə və sünni məscidləri bağlanıb.
XS
SM
MD
LG