Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

Astarada feyxoa ağaclarda qalıb...


Feyxoa
Feyxoa
.
Ölkədə ən çox sitrus və subtropik meyvə bağları Astara rayonundadır. Rayonda meyvə bağları 1300 hektara çatır. Rəsmilərin verdiyi məlumatlara görə, ötən il bu bağlardan 33 min tondan çox sitrus və subtrupik meyvə tədarük edilib.

Mütəxəssislərin fikrincə bu ildə də məhsul boldur. Lakin bu bol məhsuldan sahibkarlar yaxşı qazanc götürə bilmirlər. Yerli bazarlarda narınginin bir kiloqramı 30-40 qəpik, feyxoanın qiyməti isə bundan da aşağıdır.
FEYXOA 10 QƏPİYƏ...
Sitrus və suptropik meyvə bağlarına baş çəkmək üçün Şüvi kəndindən başladıq. Yol kənarında olan feyxoa bağlarında yığım gedirdi. Yığmı aparan qadınlar bizə bildirdilər ki, hər gün ağacdan tökülmüş meyvələri toplamqala məşğuldurlar. Meyvələrin qiyməti elə də baha deyil. Elə günlər olur ki, feyxoanın bir kilosunu 10 qəpiyə verməli olurlar.
Adının çəkilməsini istəməyən Şüvi kəndindən olan sahibkar deyir ki, məhsulun qiyməti çəkilən xərci ödəmir:
«Bazarda bilmirəm, kəndə böyükləri 40 qəpik, xırdaları 10 qəpiyə götürürlər. Əvvəllər az idi indi çoxları əkib. Hər həyətdə 100-200 ağac var».
«FEYXOA BİR HƏFTƏ QALANDA ÇÜRÜYÜR»
Sahibkarın deməsinə görə, kəndə ailələrin əksəriyyəti sitrus və subtropik meyvələrin hesabına yaşayır. Bu payızdan o payıza məhsul yığılır, borclar ödənilir, qışa ərzaq tədarükü görülür:
«Bir ayda 500-400 manatlıq məhsul satılır. Bu qalmır, bir həftə qalanda çürüyür. Sentyabrın axırından noyabrın axırına qədər. Rusiyaya gedirdi, indi yollar bağlandı».
Feyxoa ağacları olan bağlar
Feyxoa ağacları olan bağlar
Sahibkar feyxoa məhsulunun insan orqanizminə xeyri olduğunu deyir. Onun sözlərinə görə, son illərdə ağaclara dərman da az verilir. Çünki buna imkanları yoxdur. Bu baxımdan da feyxoa ekoloji cəhətdən təmizdir.
«FEYXOA QANI TƏMİZLƏYİR, TƏZYİQİ AŞAĞI SALIR»
«Qanı təmizləyir, təzyiqi aşağı salır. Mürəbbə bişirirlər, kompot hazırlayırlar. Hər şeyə xeyirdir. Rusiyaya getsə bahalşar»
Astarada Şüvi, Sərək, Siyətük, Siov, Alaşa dağ yamaclarında yerləşən kəndlərdir. Bu kəndlərdə əsasən sitrurs və subtropik meyvə ağacları yetişdirilir, çay bağları var. Siyətük kənd sakini Zakir Tahirov deyir ki, meyvələri satmaq üçün bazar olmadığından kəndlilərin qazancı azalıb. Onun sözlərinə görə, meyvələri satmaq ildən ilə çətinləşir:
«QABAQLAR RUSİYAYA GEDƏRDİ MAŞINLAR, İNDİ GETMİR»
“Çətinlik odur ki, ucuzluqdur. Müştəri yoxdu. Sərf eləmir camaata. Misal üçün biz ona zəhmət çəkmişik, ağac əkmişik, gübrə vermişik, gəlib qiymət təmin eləmir. Keçən il yaxşı idi. Keçən il 80 qəpiyə alan var idi. İndi qiymət yoxdur. Rusiyaya getmir maşınlar. Qabaqlar Rusiyaya gedərdi maşınlar, indi getmir. Bu yaxınlarda biri gəldi məndən soruşdu məhsul. 30 qəpiyə dedi narınginin kilosunu. Bu da sərf eləmir. Feyxoanı 10 qəpiyə, 20 qəpiyə.”
Yəhya Məmmədov
Yəhya Məmmədov
Kəndin digər sakini Yəhya Məmmədov da alıcıların olmadığını deyir. Onun sözlərinə görə, şaxtalı havaların başlanmsına az qalıb. Lakin meyvələr dərlməyib. Sahələrdə müştərisni gözləyir:
«Bizim Siyətük kəndində olan sitrus meyvəsi demək olar ki, Astara rayonunda olan sitrus meyvələrin 50-55 faizini təşkil edir. Amma, bu ilki məhsullarımız boldur. Keyfiyyəti də var, satışla bağlı irəliləyiş yoxdur. Əvvəllər alıcılar hətta beh də verirdilər. İndi isə məhsul almağa belə gəlmirlər. Deyilənə görə maşınların Rusiyaya getməsi dayandırılıb. Naringi, feyxoa məhsulları tamam ağaclarda qalmaq üzrədir. Qabaqlar konserv zavodu müqavilə bağlayardı, yığıb aparardılar, qiymət də yüksək səviyyədə idi, 70, 80, hətta 1 manat yaxın feyxoa məhsulunu almışdılar. Demək olar ki, məhsulun 70-80 faizi ağaclarda qalıb».
Aqronom Yusif Əliyev deyir ki, sitrus və subtropik meyvələrin tədarükü ilə bağlı problemlər neçə illərdir ki,davam edir.
«Feyxoanı emal etmək üçün bizdə emal sexləri yoxdur. Əhali zəhmət çəkib, bunu becərib, bunu hara verməlidir? Bu haqda düşünən adamlar yoxdur»
«İŞİMİZ ALLAHA QALIB»
Astarada soyuducu anbar və konserv zavodu da olub. Sahibkarlar anbarda məhsulun saxlanmasından imtina edirlər. Səbəb isə bunun baha başa gəlməsi göstərilir. Astarada isə konserv zavodları cəmi bir il işlədi, sonra bağlandı. Mütəxəssislər deyir ki, konserv zavodları da istehsal etdikləri məhsulları sata bilmirlər, ziyana düşürlər. Bu səbədən də zavodlar bağlanıb. Lənkərandakı konserv zavodları isə sitrus və subtropik meyvələri qəbul etmirlər.
Rəsmilər etiraf edirlər ki, problemlər var. Lakin bu problemlər yaxın illərdə həlini tapacaq. Sahibkarlar isə meyvələrini satmaq üçün axtarışlarını davam etdirirlər. Sahibkar Zakir Tahirov deyir ki, «işimiz Allaha qalıb».
XS
SM
MD
LG